Statistika
İstifadəçilər : 2302Məqalələr : 246
Linklər : 27
Məqalələrə baxış sayı : 90937
Daxil Ol
| Designed by: |
| Əbu Ömər |
|
||||||||
|
<< Başlamaq < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >> |
||||||||
| Səhifə 1 / 18 | ||||||||
Yeni əlavə olunanlar
- Təkfir cahil üçün bir bataqlıqdır
- Əməlsiz imanın olmamasında sələfin icması
- Namazları üzr olmadan birləşdirmək
- əs-Səksəki və onun “əl-Burhan” kitabı
- Kafirlərin işğalında olan müsəlman torpaqları haqqında
- Haram şeylərlə qazanc əldə etmə
- Əbu Muhamməd əl-Bərbəhəri
- Abdul-Qadir ibn Bədran
- Foto şəkillərin hökmü
- Şirkdən başqa günahların bağışlanması şübhəsi
- "Səhabələrim ulduzlar kimidir" hədisi
- Şəfaət hədisindəki şübhənin cavabı
- Təkbirlərin dəqiq yerləri
Ən çox oxunanlar
Sorğu
Saytda kim var
Hal-hazırda :8 qonaq saytdadır










Zamanımızdakı müsəlmanların başında dövr edən ən gizli və ən təhlükəli bəlalardan biri də təkfir bəlasıdır. Məhz bu bəlanın nəticəsində ən kiçik müsəlman qrupları belə param-parça olaraq hər bir fərd öz başına buraxılmış şəkildə qalmışdır. Nəticədə müsəlmanlar parçalanaraq güc itirir və vahid koordinasiya mərkəzi və liderdən məhrum olur ki, bu da məğlubiyyətlərinə səbəb olur. Daha əvvəlki yazılarda təkfirlə bağlı bəzi məsələlərə toxunmuşduq.
Sünnət əhlinin şüarlarından biri də onların əməlləri imandan saymaqları və əməlləri imandan ayırmamaqlarıdır. Bu barədə kitablar və divanlar ümmətin sələfinin sözü ilə zəngindir. Onlar əməli imandan ayırmazdılar və əməlsiz imanın olmadığını təkrar-təkrar söyləyərdilər. Sünnətin bu şüarı çox təəssüf ki, bizim zamanımızda bəzi şübhələrin qurbanı olub. Haqq günəş kimi səmada parladığı halda onu görmək istəməyənlər vardır. Bu yazımızda biz əməlsiz imanın olmayacağında icma olduğunu nəql edən alimlərin sözlərinə yer verəcəyik. Bu kiçik bəhsi məhz bu nəqllərə həsr etmək istəyirik və o nəqllərlə bağlı bəzi mühim məqamlara toxunmaq istəyirik.
Son zamanlar aktual olan mövzulardan da biri heç bir üzr və ehtiyac olmadan iki namazın arasını cəm etmək məsələsidir. Bir qisim müsəlman hədis kitablarında zikr olunmuş bəzi rəvayətləri öz ağıllarına görə anlayaraq namazları öz istəklərinə uyğun olaraq istədikləri zaman birləşdirərək qılırlar. Bu işlərində hətta səhabələrə tabe olduqlarını iddia edirlər. Bu yazımızda Allahın izni ilə ortaya atılmış şübhələrə cavab verməyə çalışacağıq.
Namazı tənbəllik üzündən tərk edənin hökmü barəsində islam alimləri ixtilaf ediblər. Məlumdur ki, namazı tənbəllik üzündən tərk edəni təkfir etmək görüşü hənbəli məzhəbinin görüşü olaraq məşhurlaşıb. Lakin bu barədə söhbətlər bitmir və hətta bəzi müsəlmanların müəyyən yollarla hənbəli məzhəbinin görüşünün fərqli olduğunu isbat etməyə çalışdıqlarını da görmüşük. Bir neçə il bundan əvvəl Şeyx əl-Albani’nin – rahiməhullah – kasetlərindən birini dinləyərkən tələbələrindən biri müəyyən bir kitabdan və ya bir yazıdan oxuyurdu və Şeyx əl-Albani onun oxuduğu bəzi sözlərə qeydlər əlavə edirdi. Tələbənin oxuduğu sözlərdən də biri bu oldu ki, “hənbəli” qazisi əs-Səksəki “əl-Burhən” kitabında məzhəbin səhih görüşünə görə namazın vacibliyini inkar etmədən namazı tərk edənin müsəlman olduğunu söyləmişdir. Bu yaxınlarda isə müsəlman qardaşlarımızdan birinin həmin kitabdan bir sitat gətirdiyini gördüm. Ona görə də müəllif və kitab haqqında kiçik məlumat vermək istərdim.
İnsanın zahiri əməllərinin imanın həqiqətinə daxil olmadığını, lakin imanın kamilliyini təşkil etdiyini deyənlər bu görüşləri üçün bəzi alimlərin sözlərini sitat gətirdikləri kimi, hədis və ayələri də dəlil göstərirlər. Daha əvvəlki yazımızda dəlil olaraq gətirdikləri şəfaət hədisindəki şübhənin cavabını verərək həmin şübhəni dəf etməyə çalışdıq. Bu işimizdə nə qədər uğurlu olduğumuzu bir tək Allah bilir. Bu yazımızda isə Quranın mübarək ayələrindən birini dəlil gətirməklərindəki zəifliyə işarə edəcəyik. Müvəffəqiyyət Allahdandır.

