İstiğasə haqqında məzhəblərin görüşü vardırmı?

Sual: Əssəlamu Aleykum Va Rahmətullah,Samir qardaş.Belə bir sualım var.İstiğasə haqqında məzhəblərin görüşü nədir?

Cavab:
Aleykum Salam va Rahmətullah.
İstiğasə haqqında məzhəblərin görüşləri yoxdur, lakin alimlərin görüşləri vardır. İstiğasə ilə fərqli şey qəsd oluna bilər. İbn Teymiyyənin zamanında alimlərin böyük əksəriyyəti istiğasə sözünü təvəssül üçün istifadə ediblər və ondan sonra gələn alimlərin çoxu da bu mənada işlədiblər. Ona görə də buna caiz hökmü veriblər. Lakin bir-başa ölüdən kömək istəmək mənasındakı istiğasəyə gəldikdə isə bunun haram və münkər olmasında heç kəs şəkk etmir. Ən qədim üləmadan İbn Aqil bunun küfr olduğu aşkar şəkildə bildirir. Lakin məsələdə məcazi isnad kimi şübhələr olduğu üçün son dönəm alimlərin bu barədə sözləri fərqlənir. Bəziləri buna qəti küfr hökmü veriblər, digərləri buna küfrə yaxın hökmü veriblər. Bir başqaları isə buna əməli küfr hökmü veriblər.