Ayəni diqqətlə oxuyun, sonra bu şəkilə diqqətlə baxın

«...Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur...» Ənam surəsi, 59-cu ayə Bu ayəni diqqətlə oxuyun, sonra bu şəkilə diqqətlə baxın. Düşünün, Yer üzündə nə qədər ağaclar var? Hər bir ağacın nə qədər budaqları var? Hər budağda nə qədər kiçik budaqlar var? Hər kiçik budaqlarda nə qədər yarpaq var?

Heç bir yarpaq Allahın İzni olmadan budağından qopub yerə düşə bilməz. Görün bizim planetimizdə başqa nə qədər xırda detallar var ki, heç şübhəsiz onlar da Allahın Nəzarəti altındadır. Bu qədər yarpaqlara nəzarət edən bu İlahi Qüvvənin nə qədər Qüdrətli olduğunu yalnız bəsirəti kor olan insanlar görə bilməz.