İslam dini bütün əsrlərdə insanların həyat tərzilə yanaşı addımlamağı bacaran yeganə dindir

Məşhur irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim, Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu Corc Bernard Şou deyir:

«Mən Məhəmmədin (s) dinini onda olan həyat gücü və yaşam əhval-ruhiyyəsi baxımından yüksək dəyərləndirirəm. Fikrimcə, İslam dini bütün əsrlərdə insanların həyat tərzilə yanaşı addımlamağı bacaran yeganə dindir. Mən Məhəmmədin (s) dini ilə bağlı öncədən xəbər verirəm. Bu din, bugünkü avropalılar tərəfindən məqbul hesab olunduğu kimi, sabahın Avropası tərəfindən də qəbul ediləcək».