Yezid haqqında bu cür etiqad etmək cahil insanlara xasdır

İbn Xaldun'dan və malikilərdən Hüseynin - radiyallahu anhu - Yezidə qarşı çıxmağı haqqında nəqllər zikr etdik. Bir də İbnul-Cəvzi'dən belə maraqlı bir nəql zikr edək. İbnul-Muflih əl-Hənbəli "əl-Furu" kitabında deyir:

"وَقَالَ ابْنُ الْجَوْزِيِّ فِي كِتَابِهِ السِّرُّ الْمَصُونُ : مِنْ الِاعْتِقَادَاتِ الْعَامِّيَّةِ الَّتِي غَلَبَتْ عَلَى جَمَاعَةٍ مُنْتَسِبِينَ إلَى السُّنَّةِ ، 

أَنْ يَقُولُوا : إنَّ يَزِيدَ كَانَ عَلَى الصَّوَابِ وَأَنَّ الْحُسَيْنَ أَخْطَأَ فِي الْخُرُوجِ عَلَيْهِ . "

"İbnul-Cəvzi "əs-Sirrul-Məsun" kitabında deyir: "Özlərini sünnətə nisbət edən bir qrup arasında geniş yayılmış avam insanların etiqadlarından biri də onların belə deməsidir: "Yezid doğru idi və Hüseyn ona qarşı çıxmaqda xəta etmişdi." İbnul-Cəvzi'yə görə bu cür etiqad etmək cahil insanların şanındandır, elm əhlinə belə bir etiqad yaraşmaz.