İmam Hüseynin Yezid bin Müaviyəyə qarşı vuruşması bağilik deyil

Maliki fəqihi Şeyx Əbul-Bərakət Əhməd əd-Dərdir deyir:

"İmamın (xəlifənin) şərti rəy sahibi adil kəslərin (yəni həll və əqd əhlinin) qəbul etməsidir, ona görə də İmam Hüseynin Yezid bin Müaviyəyə qarşı vuruşması bura aid deyildir, çünki Yezidin imamlığını zülmünə görə Hicaz əhli qəbul etməmişdi..."

Digər maliki fəqihi Əhməd bin Muhəmməd əs-Savi bu sözlərə yazdığı haşiyəsində deyir:

"(Bağilər) insanların üzərində ittifaq etməsi ilə imamlığı sabit olmuş imama qarşı çıxmış firqədir və Yezid bin Muaviyənin imamlığı sabit olmamışdı, çünki Hicaz əhli onun zülmünə görə imamlığını qəbul etməmişdilər. Buradan hasil olur ki, "mutəğallib" birinin (yəni güc yolu ilə hakimiyyəti ələ alanın) yalnız insanların ümumunun itaətinə daxil olması ilə imamlığı sabit olur, əks təqdirdə ona qarşı çıxan baği olmaz, necə ki, Hüseynin Yezid ilə məsələsində olduğu kimi..."