İslam şəriəti bu mülkü məcəlləyə çox güclü təsir edib

Napoleon'un Kodu adlanan Fransanın Mülkü Məcəlləsi 1804-cü ildə Birinci Napoleonun əmri ilə qurulmuş komissiya tərəfindən hazırlanıb. Bu məcəllə tarixçi Robert Holtman'a görə dünyaya ən güclü təsir etmiş az sayda sənəddən biridir. Bu məcəllə ilə Fransada feodal qanunlara son qoyuldu. Yəni doğum ilə əldə edilən imtiyazlar ləğv edildi, din azadlığını təsis etdi və dövlət vəzifələrinin ən bacarıqlı insanlara verilməsini qanuniləşdirdi.

Christian Cherfils adlı fransız tarixçi yazıçı (1858-1926) "Bonaparte et l'islam d'après les documents français & arabes" (Bonapart və İslam; fransız və ərəb sənədlərindən) adlı kitabında çox maraqlı məlumatlar verir. Bu yazıçıya görə İslam şəriəti bu mülkü məcəlləyə çox güclü təsir edib, xüsusilə Şimali Afrikada öyrədilən maliki məzhəbi bu nöqtədə seçilir. Qəribə deyil ki, Napoleon Misirdə olduqda siyasi məqsədlərlə İslamı qəbul etdiyini elan etmişdi. Napoleon'un ümumiyyətlə müsəlman ölkələrində qaldığı müddətdə şəriət qanunlarından öyrəndiyi bir çox prinsiplər var idi. Bu mülkü məcəllə də Fransanın əvvəlki qanunlarından radikal şəkildə fərqlənən yenilikləri ilə seçilirdi və bu yeniliklər şəriətin qanunlarına uyğun olub. Misal üçün doğumla əldə edilən imtiyazlar İslam şəriətinin rədd etdiyi bir prinsipdir.

Napoleon həm də 1807-ci ildə verdiyi qərar ilə faiz ilə borc verməyi qadağan etmişdi. Onu da əlavə edək ki, indi bir çox fransız tədqiqatçı, tarixçi mülki məcəllənin şəriətdən təsirlənməsini inkar edirlər. Lakin müqayisələr bunun əksini göstərir.