Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil
Sual:
Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?
Mufti: Şeyx Abdullah bin Abdil-Aziz əl-Aqil
Sual:
Çox zaman zövcəm ilə anam arasında problemlər yaşanır və bəzən atam da qarışır. Mən də onlarla bağlı olaraq sıxıntıya düşürəm. Anam zövcəmi boşamamı istəyir, eynilə bunu atam da istəyir, hətta mənə onu boşamamı əmr etdi. Dedi: “Mən sənə evlənəcəyin yeni zövcənin mehrini ödəyirəm” Mən isə zövcəmi, uşaqlarımın anasını sevirəm və ondan ayrılmağa heç könlüm yoxdur. Onu boşamaq yolu ilə atama itaət etməyin vacibdir yoxsa yox? Əgər onu boşamağı rədd etsəm bununla atama itaətsizlik etmiş oluram?
Cavab:
İmam Əhməd’dən – rahiməhullah – buna bənzər bir şey soruşuldu və bir nəfər ona dedi: “Atam mənə zövcəmi boşamamı əmr edib.” İmam Əhməd dedi: “Onu boşama!” Həmin adam dedi: “Məgər Ömər bin əl-Xattab öz oğlu Abdullaha xanımını boşamasını əmr etməmişdimi?” İmam Əhməd dedi: “Əgər atan Ömər kimi olarsa..” yəni, ədalətdə, Allah qorxusunda, dürüstlükdə və zülmdən uzaq olmaq kimi xüsusiyyətlərdə.
“əl-Ədəb əş-Şəriyyə” kitabında deyilir: “Hənbəli alimlərinin çoxuna görə atasının əmri ilə zövcəsini boşaması vacib olmaz.”
Şeyxul-İslam İbn Teymiyyə - rahiməhullah – anası zövcəsini boşamağı əmr edən biri haqqında deyir: “Onu boşaması ona halal deyildir, əksinə ona vacib olan anasına qarşı yaxşılıq etməkdir, zövcəsini boşamaq isə anasına qarşı yaxşılıq sayılmaz.
Dedi: Mötəməd olunan görüş budur ki, zövcəni boşamaqda valideyndən heç birinə itaət etmək vacib deyildir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm deyir: “Zərər vermək və zərər görmək yoxdur.”[1] Atasının və anasının mücərrəd istəyi ilə zövcəni başama özünə və zövcəyə bir zərərdir. Doğrusunu Allah bilir!
Mənbə:
http://www.islamway.com/?iw_s=Fatawa&iw_a=view&fatwa_id=28477
[1] Bu hədis bir çox yolla rəvayət olunub, bunların hər birinin sənədi alimlər tərəfindən tənqid olunmuşdur və Şeyx əl-Albani “əl-İrva” kitabında (896) bu yolların hamısını bir araya gətirərək hədisi səhih saymışdır.
/p
Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil
Sual:
Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?
Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil
Sual:
Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?
Mufti: Şeyx Abdullah ibn Cibrin
Sual:
İşa namazının vaxtı nə zaman bitir?
Mufti: Şeyx Abdul-Aziz bin Baz
Sual:
Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?
Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən
Sual:
Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?