Cümə namazından əvvəl dərs vermək

Mufti: Şeyx Abdullah bin Abdir-Rahmən əl-Cibrin

Sual:

Cümədən əvvəl dərs vermək nə zaman bidət olur? Belə dərsə qulaq asmaq caizdirmi?

Cavab:

Rəvayət olunmuşdur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – “cümə günü namazdan əvvəl halqalar qurmağı qadağan etdi.” Beləki səhabələr cümə namazı üçün məscidə daxil olurdular, onlardan bəziləri uzun bir ayrılıqdan sonra bir-biriləri ilə qarşılaşırdılar və oturub söhbətləşərdilər, bir-birilərindən xüsusi ehtiyaclarının olub-olmaması barədə soruşardılar. Onlar bu şəkildə olduqları halda peyğəmbər – salləllahu aleyhi va səlləm – xütbəyə gələrdi. Buna görə onlara bu şəkildə halqalar qurmağı qadağan etdi, onlara sıra ilə oturub imamı gözləmələrini əmr etdi. Cümə günü səhər vaxtı dərslər qurmağa gəldikdə isə, buna heç bir maneə yoxdur, əksinə bu, elm öyrənməyin bir növüdür ki, bu haqda təşviq gəlmişdir. Bunun üçün də qadağaya daxil olmaz. İstər cümələrin keçirildiyi məsciddə olsun, istərsə də qeyri cümə məscidində olsun, bu dərslərə qulaq asmaq haram olmaz. Elm öyrənməyə təşviq etmək hökmün əsasıdır və elm öyrətməkdə cümə günü də digər günlərlə eynidir. 

Mənbə:

http://ibn-jebreen.com/ftawa.php?view=vmasal&subid=12147&parent=786

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?