Cümə xütbəsindən əvvəl dərs verməyin hökmü

Mufti: Şeyx Abdul-Kərim əl-Xudayr

Sual:

Cümə namazından əvvəl və xütbədən əvvəl dərs verməyin hökmü nədir? Bilirik ki, hökumət bunu məscid imamlarına vacib etmişdir, əgər boyun qaçırarlarsa onları vəzifədən çıxardırlar, ola bilsin ki, yerlərinə məscidlərdə cahillik və bidət yayan sufi imamları gətirsinlər. Belə bir hala “iki zərərdən ən yüngülü” qaydası uyğundurmu?

Cavab:

Cümədən əvvəl məsciddə halqa qurmağın qadağan edilməsi haqqında rəvayət gəlmişdir, buna görə də elm əhlinin çoxu camidən xütbədən əvvəl dərs verməyi məkruh sayırlar, çünki bu, insanları Quran oxumaqdan, bu məqsədlə məscidə erkən gələnləri namaz qılmaqdan məşğul edir. Əgər bu, hökumət tərəfindən vacib edilibsə, artıq bu, bir ehtiyac olub. Elm əhlinə görə isə məkruh hökmü ən kiçik bir ehtiyac ilə aradan qalxır.

Mənbə: http://www.khudheir.com/text/4734

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?