Namaz

Camaata qoşulmaq üçün təhiyyət namazını kəsmək

Mufti: Şeyx Abdul-Kərim əl-Xudayr

Sual:

Əgər namaza iqamə verilibsə və içəri girən məscidə salam namazını qılırsa, bir rükət ilə kifayətlənib salam verməsi caizdirmi? Sanki vitr qılmış olur. Bu barədə səhabədən bir şey gəlib ya yox?

Cavab:

Əgər namaza iqamə verilibsə və içəri girən məscidə salam namazına başlayıbsa, əgər bir rükəti tam olaraq bitiribsə, o zaman xəfif şəkildə namazı tamamlasın! Namazını kəsməsin! Çünki əməlləri batil etmək qadağan olunmuşdur.[1] Lakin əgər rükəti tamamlamayıbsa, namazını kəssin, çünki o, namaz sayılmır. Bir rükətdən az olan namaz deyildir. Lakin bir rükət ilə kifayətlənmək olmaz, çünki gündüz vaxtı vitr vaxtı deyildir və gecə vaxtı isə iki vitr olmaz.

Mənbə:

http://www.khudheir.com/text/4300 


[1] Allahu Təalə deyir: “Əməllərinizi batil etməyin!” (Muhamməd, 33)

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?