Namazda istirahət oturuşunun hökmü

Mufti: Şeyx Abdur-Rahmən əs-Sadi

Sual:

İstirahət oturuşunun hökmü nədir?

Cavab:

Məzhəbdə bu barədə üç görüş var: Bunun məkruh olması, ehtiyac üçün müstəhəb olması, ehtiyac olmazsa bunu tərk etməyin müstəhəb olması və bu, görüşlərin ən səhihidir. Lakin hər üç görüşə əsasən də bu, haram deyildir və namazı batil etmir. İstirahət oturuşu ilə qəsd olunan isə səcdədən qalxdıqdan sonra əzaların bir-birinin üstündə yerləşməsi üçün çox qısa müddətdə oturmaqdır və bununla qiyama hazırlanmaq üçün bir növ istirahət alınır. Bax bu, istirahət oturuşudur. Lakin fərz namazında səcdədən sonra oturuşunu uzadan və istirahət oturuşuna əlavə edən kimsəyə gəldikdə isə, ona belə etməsi halal deyildir, çünki fərz namazının rüknu olan qiyamı tərk etmiş olur.

Mənbə:

"əl-Fətava əs-Sadiyyə", səh: 147; Məktəbətul-Məarif, Riyad, ikinci nəşr, 1402/1982

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?