Namazda sütrənin hökmü

Mufti: Şeyx Abdul-Aziz bin Baz

Sual:

Qardaşlardan çoxu sütrə məsələsində ifrata varırlar, hətta məsciddə olduqda və boş sütun tapmadıqda sütrənin olmasını gözləyir və sütrəyə doğru namaz qılmayanlara qarşı çıxır. Qardaşlardan başqaları isə bu məsələdə səhlənkar davranırlar. Bu məsələdə doğru nədir? Sütrə olmadıqda xəttin olması sütrəni əvəz edərmi? Buna dəlalət edən bir şey varid olub?

Cavab:

Sütrəyə doğru namaz qılmaq təkid olunmuş sünnətdir, vacib deyildir[1] və əgər dik duran bir şey tapa bilməzsə, xətt ona kifayət edər...Bunun dəlili peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözüdür: “Sizdən biriniz namaz qılarsa sütrəyə doğru qılsın və ona yaxınlaşsın!”[2] Bunu Əbu Davud səhih bir isnadla rəvayət edib. Yenə demişdir: “Əgər qarşısında yəhərin arxa hissəsi boyda bir şey olmazsa qadın, eşşək və qara it kişinin namazını kəsir.”[3] Bunu Muslim “əs-Səhih”ində rəvayət edir.

Yenə peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Sizdən biriniz namaz qılanda üzü istiqamətində bir şey seçsin, əgər tapmazsa bir əsa qoysun və onu da tapmazsa bir xətt çəksin, sonra qarşısından keçən ona zərər verməz.”[4] İmam Əhməd və İbn Macə həsən bir isnad ilə rəvayət edir; bunu əl-Hafiz İbn Hacər “Buluğ əl-Məram”da demişdir.

Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – həm də sabit olmuşdur ki, bəzi vaxtlarda sütrəsiz də namaz qılmışdır və bunun vacib olmamasına dəlalət edir. Bundan əl-Haram məscidində qılınan namaz istisnadır, namaz qılanın orada sütrəyə ehtiyacı yoxdur, çünki İbn Zubeyr’dən – radiyallahu anhumə - sabit olmuşdur ki, o, əl-Haram məscidində təvaf edənlərin qarşısından keçdikləri halda sütrəsiz namaz qılmışdır. Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – buna dəlalət edən hədis gəlmişdir, lakin isnadı zəifdir. Çünki əl-Haram məscidi çox zaman insanların izdihamlı olduğu yerdir və namaz qılanın qarşısından keçəcək insanlardan qurtulmaq imkanı yoxdur və qeyd etdiklərimizə görə şəriət bunu hökmdən salmışdır. İzdihamlı olduqda peyğəmbər məscidi də bura aid olur və eynilə izdihamlı başqa yerlər də bura aid olur. Bu zaman Allahın – Azzə və Cəllə - bu sözləri ilə əməl olunur: “Allahdan bacardığınız qədər qorxun!”[5] Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Əgər sizə bir şeyi əmr etsəm bacardığınız qədər ona əməl edin!” Səhihliyi üzərində ittifaq vardır.

Mənbə:

"Məcmu Fətava va Məqalət Mutənavvia", 11/96-97 


[1] Namaz qılarkən sütrə götürmək sünnətdir, vacib deyildir və bunun vacib olmaması haqqında icma nəql olunub. Zamanımızda elm əhlindən bəzilərinin bunu vacib sayması şaz bir görüşdür.

[2] əl-Buxari (479) və İbn Macə (944) rəvayət edib.

[3] İmam Əhməd “Musnədul-Ənsar”da (rəq: 20414), Muslim (789), ət-Tirmizi (310), ən-Nəsai (742), Əbu Davud (602) və İbn Macə (942) rəvayət edib.

[4] İmam Əhməd (7087, 7149, 7297) və Əbu Davud (591) rəvayət edib.

[5] ət-Təğabun, 16

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?