Namaz

Sıradan kimisə geriyə çəkmək

Mufti: Şeyx Muhamməd bin Saleh əl-Useymin

Sual:

Namazda sıranın arxasında tək namaz qılmağın hökmü nədir? Yeni sıra qurmaq üçün qarşısındakı sıradan kimisə geri çəkməyə haqqı varmı?

Cavab:

Qarşısındakı sıra tamamlanarsa, o zaman həmin sıranın arxasında özü təklikdə bir sıra qurmalı və imama tabe olmalıdır. Qarşısındakı sıradan kimisə geri çəkməyə heç bir haqqı yoxdur, çünki onu namazında rahatsız edir və onu daha üstün əməldən tərcihə layiq olmayan başqa əmələ aparmış olur və qarşıdakı sırada boşluq yaradır. Üstəlik kimisə sıradan çəkmək barədə gəlmiş hədis zəifdir.[1]

Mənbə:

"Məcmu Fətəva va Rasəil Fədilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin", 13/38 


[1] Bu hədisi ət-Tabərani “əl-Əvsat”da (7/374; rəq: 7764) rəvayət edir. əl-Heysəmi “əl-Məcmə” əsərində (2/96) deyir: “Sənədində Bişr bin İbrahim adlı ravi var və o, çox zəifdir.” Hədisin sözləri belədir: “Sizdən biriniz artıq tamamlanmış bir sıraya çatarsa, yanında durması üçün bir nəfəri geri çəksin!

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?