Namaz

Namazda ayaqları birləşdirmək

Mufti: Şeyx Muhamməd bin Saleh əl-Useymin

Sual:

Namazda sıraları düzəltməkdə etimad olunan görüş hansıdır? Namaz qılan kəsə topuğunu yanındakının topuğuna birləşdirməsi məşrudurmu?

Cavab:

Doğru görüşə görə sıraları düzəltmədə etimad olunan budur ki, barmaqların ucları deyil topuqlar bir-biriləri ilə bir bərabərdə olmalıdır. Bu isə ona görədir ki, bədən topuqlar üzərində qurulmuşdur, lakin barmaqlara gəldikdə isə ayaqlar arasında fərq vardır. Elə ayaq var ki, uzundur, eləsi də var ki, qısadır, ona görə də sıranı yalnız topuqlara görə düzəltmək olar.

Lakin topuqların bir-birinə birləşdirilməsinə gəldikdə isə heç şəkk yoxdur ki, belə bir şey səhabələrdən – radiyallahu anhum – varid olmuşdur. Onlar topuqları bir-birinə birləşdirərək sıraları düzəldərdilər; yəni, sıranı düzəltmək və hamını bir bərabərdə düzməyi həyata keçirmək üçün onlardan hər biri topuğunu yanındakının topuğuna birləşdirərdi.[1] Elm əhlinin dediyi kimi tələb olunan bu əməlin özü deyildir, lakin bu, başqa şeyin əldə olunması üçün tələb olunmuşdur, buna görə də sıralar tamamlanarsa, insanlar düzülərsə sıranın düz olması üçün hər bir kəsin topuğunu dostunun topuğuna birləşdirməsi məqsədə uyğundur. Lakin bunun mənası heç də o demək deyil ki, topuğunu həmişə birləşdirməli və bütün namaz boyu topuğu birləşmiş halda qalmalıdır.

Bu məsələdə ifratçılığın bir nümunəsidir ki, bəzi insanlar topuqlarını yanındakıların topuqları ilə birləşdirərək ayaqlarını o qədər açırlar ki, öz çiyinləri ilə yanındakıların çiyinləri arasında boşluq qalır, bununla da sünnətə müxalif olurlar. Tələb olunan (sırada duranların) çiyinləri və topuqları bir-bərabərdə olmasıdır.

Mənbə:

"Məcmu Fətəva va Rasəil Fədilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin", 13/51-52 


[1] Şeyx bununla Ənəs bin Malik’in bu sözlərinə işarə edir: “Bizim hər birimiz çiynini dostunun çiyninə, ayağını da dostunun ayağına yapışdırardı.” Bunu əl-Buxari (725) rəvayət etmişdir.

 

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?