Namazda hansı hallarda əllər qaldırılar?

Mufti: Şeyx Muhamməd bin Saleh əl-Useymin

Sual:

Namazda dörd yerdən başqa yerlərdə əllərin qaldırılması sabitdir? Peyğəmbərdən - aleyhissalətu vassələm - "onun hər əyildikdə və hər qalxdıqda əllərini qaldırması" haqqında rəvayət edilən hədisin cavabı nədir?

Cavab:

Sual verən dörd yerdən başqa yerlər haqqında soruşur, bunun izaha ehtiyacı var. Qeyd olunan dörd yer isə bunlardır: ihram təkbirində, rükuya gedərkən, rükudan qalxarkən və birinci təşəhhüddən qalxarkən. Bütün bu yerlər haqqında İbn Ömər - radiyallahu anhumə - vasitəsilə Allahın Elçisindən - salləllahu aleyhi va səlləm - rəvayət olunan hədis[1] sabitdir. Hədisdə gəlir ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - "Namaza girərkən, rükuya gedərkən, səmi Allahu limən Həmidəh deyərkən və birinci təşəhhüddən qalxarkən təkbir gətirərdi. Dedi: Səcdədə bunu etməzdi."

Bu yerlər haqqında Allahın Elçisindən - salləllahu aleyhi va səlləm - gəlmiş hədis səhihdir. Amma bundan başqa yerlərə gəldikdə isə peyğəmbərdən - salləllahu aleyhi va səlləm - onun əlini qaldırması sabit deyildir, nə səcdə edərkən, nə də səcdədən qalxarkən əllərini qaldırmazdı. Buna əsasən nə səcdə edərkən, nə də səcdədən qalxarkən insanın əllərini qaldırması sünnət deyildir.

Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət olunan “o, hər əyildikdə və hər qalxdıqda əllərini qaldırardı” hədisinə gəldikdə isə, İbnul-Qayyim – rahiməhullah – “Zadul-Məad” kitabında[2] təhqiq etmişdir ki, bu, hədisi rəvayət edən ravinin xətasıdır. “Hər əyildikdə və hər qalxdıqda təkbir edərdi” demək istədiyi halda “hər əyildikdə və hər qalxdıqda əllərini qaldırardı” demişdir.

İbn Ömər – radiyallahu anhumə - peyğəmbərin – salləllahu aleyhi va səlləm – hərəkətlərini izləməyə çox əhəmiyyət verərdi, onu izləmiş və onu təkbirdə, rükuda, ondan qalxdıqda və birinci təşəhhüddən qalxdıqda əllərini qaldırarkən görmüş və belə demişdir: “Səcdədə bunu etməzdi.” Həm də bu hədis peyğəmbərin – salləllahu aleyhi va səlləm – “hər əyildikdə və hər qalxdıqda əllərini qaldırması”[3] haqqındakı hədisdən daha səhihdir. Belə bir halda bunun isbat edən və inkar edən mövzusuna aid olduğunu demək olmaz və demək olmaz ki, əllərini qaldırdığını isbat edən dəlil İbn Ömərin – radiyallahu anhumə - hədisindəki inkar edən dəlilə üstün tutulmalıdır, çünki İbn Ömərin hədisi açıq-aşkar bildirir ki, əllərini qaldırdığını bilmədiyinə görə deyil əllərini qaldırmadığını bildiyinə görə inkar etmişdir. İbn Ömər ( bu yerdə) əllərin qalxmamasından əmin olduqdan sonra səcdədə əllərini qaldırmadığını qəti olaraq bildirmişdir. Bununla belə rükuda, rükudan qalxdıqda, ihram təkbirində və birinci təşəhhüddə bunu etdiyini qətiyyətlə bildirmişdir.

Bu məsələ, inkar edənin məsələdən xəbərsiz olması ehtimalına görə isbat edənin dəlilinə üstünlük verildiyi isbat edən və inkar edən mövzusuna aid deyildir, çünki burada inkar edən bunu bildiyinə görə, müşahidəsi və hərəkətləri qismlərə ayırmasına görə inkar etmişdir. O zaman onun bunu inkar etməsi elmə əsaslanaraq inkar etmədir, məsələdən cahil olması ehtimal edilən inkar etmə deyildir. Bu barədə düşün, çünki bu, çox faydalıdır. Doğrusunu Allah bilir.

Mənbə:

"Məcmu Fətəva va Rasəil Fədilətiş-Şeyx Muhamməd bin Saleh əl-Useymin", 13/70-71 


[1] əl-Buxari (735), Muslim (390)

[2] “Zadul-Məad”, 1/223

[3] Əbu Davud, 723

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?