Təravih namazlarında rükətlərin sayı

Mufti: Şeyx Abdullah bin Abdir-Rahmən bin Cibrin

Sual:

Təravihin rükətləri ilə bağlı sünnət nədir? Təravih on bir rükətdir, yoxsa on üç rükətdir? Ay boyunca bir şəkil ilə kifayətlənmək lazımdır yoxsa fərqli növlərdə etmək daha əfzəldir? Bu saya əlavə edib iyirmi üç rükət qılanlar haqqında fikriniz nədir?

Cavab:

Saleh sələflər təravih namazında vitr ilə birlikdə rükətlərin sayında ixtilaf ediblər. Bəziləri qırx bir rükət, bəziləri otuz doqquz, bəziləri iyirmi üç və bəziləri isə on bir olduğunu deyiliblər, bundan başqa rəylər də deyilmişdir. Əbu Muhamməd bin Qudamə “əl-Muğni” kitabında deyir: “Əbu Abdilləh’in - rahiməhullah – seçdiyi görüş iyirmi rükətdir. Bunu həm də əs-Səvri, Əbu Hənifə və əş-Şafi deyir. Malik isə otuz altı rükət olduğunu deyib və bu işin qədim olduğunu iddia edərək bunu Mədinə əhlinin əməlinə bağlamışdır, beləki ət-Təv’əmə’nin azadlı qulu Saleh[1] deyir: “İnsanları qırx bir rükət qılarkən gördüm və bunlardan beş rükəti vitr qılırdılar.” Bizim dəlilimiz isə budur ki, Ömər – radiyallahu anhu – insanları Ubey bin Kab’ın imamlığı altında bir araya gətirdikdə Ubey onlara iyirmi rükət qıldırardı. əl-Həsən rəvayət edir ki, Ömər insanları Ubey bin Kab’ın imamlığı altında topladı, Ubey onlara iyirmi gecə (təravih) qıldırardı, yalnız (iyirmi günün) ikinci yarısında onlar üçün qunut tutardı, son on gün gəldikdə Ubey namazdan çəkilər və evində qılardı...”

Malik isə Yezid bin Ruman’dan rəvayət edir; dedi: “İnsanlar Ömərin zamanında ramazanda iyirmi üç rükət qılardılar.” (Əlidən rəvayət olunur ki, ) o, bir nəfərə ramazanda onlar üçün iyirmi rükət qıldırmasını əmr etdi.” Bu isə icma ilə eyni hökmdədir.[2]

Elm əhlindən bəziləri deyir ki, mədinə əhli sadəcə olaraq Məkkənin camaatı ilə  (savabda) bir bərabərdə olmaq istədikləri üçün (təravihi) belə qılırdılar, çünki Məkkə əhli hər dörd rükət arasında yeddi dəfə tavaf edirdilər, mədinə əhli isə tavaf yerinə dörd rükət namaz qılırdı...”

Şeyxul-İslam İbn Teymiyyə - yərhəmuhullahu təalə - deyir: “İstəsə iyirmi rükət qıla bilər, necəki bu, Əhməd və əş-Şafi’nin məzhəblərindəki məşhur görüşdür, istəsə otuz altı rükət qıla bilər, necəki bu, Malikin məzhəbidir. İstəsə on bir və on üç rükət də qıla bilər, bunların hamısı gözəldir! Rükətlərin sayının artıb azalması qiyamın uzadılıb qısaldılmasından asılıdır.” Dedi: “Namaz qılanların fərqli olmasına görə təravihlərin də fərqli olması daha əfzəldir, əgər peyğəmbərin – salləllahu aleyhi va səlləm – ramazda və digər aylardan öz üçün qıldığı kimi on rükət qılıb, sonra üç rükət qılmağa güc yetirərlərsə bu daha əfzəldir! Əgər buna güc yetirə bilməzlərsə iyirmi rükət qılmaq daha əfzəldir və bu, müsəlmanların çoxunun riayət etdiyi əməldir, çünki bu, on ilə qırx arasında orta səviyyədədir. Qırx və fərqli saylarda qılarsa yenə caizdir, bunlardan heç biri məkruh deyildir. Kim ramazan namazlarında müəyyən sayın olduğunu, buna əlavə edilməyəcəyini və bu saydan azaldılmayacağını zənn edərsə xəta etmişdir...”

Şeyxul-İslamın qeyd olunmuş sözlərindən və əsərlərdən anlaşılır ki, gecə namazları rükətlərin sayı ilə deyil zaman ilə ölçülür. Peyğəmbər – salləllahu aleyhi va səlləm – təxminən beş saat içində, bəzən də səhuru qaçıracaqlarını qorxana qədər bütün gecə boyu  on bir rükət qılardı, bu isə bir rükətin təxminən qırx dəqiqə olacağı qədər qiyamın uzun olmasını tələb edir. Səhabələr də bunu edərdilər, hətta qiyamın uzunluğundan əsaya dayanardılar. Əgər qiyamın uzunluğu və namazın ərkanları onlara ağır gələndə, qiyamın uzunluğunu xəfifləşdirirdilər və rükətlərin sayını artırardılar ki,namazları bütün gecəni və ya gecənin böyük hissəsini əhatə etsin! Bu, səhabələrin sünnətidir; rükətləri artırdıqda ərkanları yüngülləşdirərdilər, ərkanları uzatmaqla rükətlərin sayını azaldardılar. Onlardan heç biri digərinin əməlini inkar etməzdi. Hamısı haqq üzərindədir, hamısı ibadətdir ki, qəbul olunması və əcrinin iki qat artırılması ümüd olunur. Doğrusunu Allah bilir![3]

Mənbə:

http://www.ibn-jebreen.com/book.php?cat=6&book=58&page=3082


[1] Saleh bin Nəbəhan Əbu Muhamməd, ət-Təv’amə bint Umeyyə bin Xaləf’in azadlı qulu, mədinəli məşhur tabiidir. İbn Abbas, Əbu Hureyrə, Aişə və digərlərindən hədis rəvayət etmişdir. Hicri 125-ci ildə vəfat etmişdir. Saleh Mədinədə yaşamış və səhabə zamanında Mədinə şəhərində 36 rükət təravih qıldıqlarına şahidlik etmişdir.

[2] Ömər, Osman və Əli kimi raşidi xəlifələr təravihi iyirmi rükət qıldırıblar və səhabələrdən – ridvanullahi aleyhim – heç kimsə onların bu əməlinə etiraz etməmişdir. Bu isə onların bu məsələdə icma etdiklərini göstərir.

[3] Son zamanlar təravihin 11 rükət olaraq qılınması bəzi alimlərin hədislərdən anladıqları anlayışa əsaslanır. Şeyx əl-Albani – rahiməhullah – 11 rükətin sünnət olduğunu və bundan artıq qılmağın caiz olmadığını desə də onun bu görüşü dəlillər işığında çox zəif görüşdür və ondan əvvəl kiminsə bu görüşdə olduğunu bilmirik. Şeyx əl-Albani’nin – rahiməhullah – Aişə anamızdan – radiyallahu anhə - gətirdiyi hədis isə onun görüşünü dəstəkləmir. Aişə anamız deyir ki, “nə ramazanda, nə də başqa ayda on bir rükətdən artıq qılmazdı.” Bu hədis on bir rükətin müəyyənləşməsi üçün dəlil deyildir, çünki Aişə anamız yalnız on bir rükət qıldığını demir, lakin on bir rükətdən artıq qılmadığını xəbər vermişdir. Halbuki Aişə anamız özü və digər səhabələr səhih olaraq rəvayət edirlər ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – on üç rükət qılmışdır. Bütün bunlar göstərir ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – təravihdə rükətlərin sayı üçün müəyyən bir sünnət tətbiq etməmişdir. Əksinə belə demişdir: “Gecə namazı iki rükət, iki rükətdir.” Lakin peyğəmbərimizdən sonra – salləllahu aleyhi va səlləm – raşidi xəlifələrin sünnəti iyirmi rükət olmuşdur və səhabələr bunun üzərində icma etmişlər. Daha sonra gələn hədis əlindən tutmuş rəy əhlinə qədər böyük imamların heç biri təravihdə on bir rükətin sünnət olduğunu deməmişdir. Əbu Hənifənin, İmam əş-Şafinin, İmam Əhmədin, Davud əz-Zahirinin məzhəbləri təravihdəki sünnətin iyirmi rükət olduğunu təsbit edir. İmam Malikin məzhəbində isə iki görüş vardır, bir görüşə görə sünnət iyirmi rükət olsa da, məzhəbinin məşhur görüşünə görə otuz altı rükət sünnət sayılmalıdır. Hətta camaat halında təravih namazlarını bidət sayan zeydi şiələri belə rükətlərin sayının iyirmi olduğunu təsdiq edirlər. Bütün bu qeyd etdiklərimizə əsasən deyə bilərik ki, təravih namazlarını on bir rükət qılmaqda heç bir problem yoxdur, çünki peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – elə qılmışdır. Lakin sünnət olaraq sabit olmuş səhabə əməlinə əməl etmək daha əfzəldir. Doğrusunu Allah bilir!

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?