Namazı qısaltmaq üçün səfərin müddəti

Mufti: Şeyx Abdul-Aziz bin Baz

Sual:

Riyaddan 140 km kənarda bir əkin sahəmiz var. Özümüz Riyad şəhərində yaşayırıq, lakin oradakı işi yoxlamaq üçün və nəzarət etməz üçün tez-tez ora gedirik. Bəzən bir günlük, ya da günün bir hissəsi üçün işin gedişini izləmək məqsədilə ora gedirik. Bəzən həftə sonu istirahət üçün və işə baxmaq üçün gedirik. Bəzən dərs ilinin ortasında tətilə çıxıraq ora gedirik və çox zaman iki həftə qalırıq. Bəzən də ramazan ayındakı günlərdən birində gedirik və orada qalacağımız yer və rahatlığımız var, lakin bizə orucumuzu açmaq olarmı? Bütün bu hallarda necə etməyimizi bizə öyrədin![1]

 

Cavab:

 

Əgər hal sizin dediyiniz kimidirsə, əkin sahəsinə getdikdə sizə və sizinlə birlikdə gedənlərə namazı qısaltmaqda, birləşdirməkdə və ramazanda orucu açmaqda heç bir günah düşmür. Yalnız bir hal istisnadır və o hal budur: əgər əkin sahəsində dörd gündən artıq bir müddət qalmağa qərar vermisizsə sizə namazı qısaltmaq və onları birləşdirərək qılmaq və ramazanda orucu açmaq olmaz.[2] Allah hamımızı müvəffəq etsin.

 

Mənbə:

 

“Məcmu Fətava va Məqalət Mutənəvvia”, 12/265-266; Darul-Qasim, ər-Riyad, birinci nəşr: hicri 1420 

 


 

[1] Əslində fətvadakı sual genişdir, lakin praktik olması üçün təsərrüf edərək sualı qısaltdıq.

 

[2] Bu görüş təxminən alimlərin böyük əksəriyyətinin görüşüdür, onlar öz aralarında bu məsələdə cüzi ixtilaf ediblər. Şafi və maliki alimləri deyiblər ki, dörd gün və daha artıq qalmaq məqsədilə səfər edənlərə namazı qısaltmaq olmaz. Hənbəli alimləri isə deyiblər ki, dörd gün müddətinə səfər etmək istəyənə olar, lakin dörd gündən artıq səfər edənlərə düşmür. Məzhəbimizin daha məşhur görüşü budur ki, iyirmi bir namazlıq bir müddətə gedənə namazı qısaltmaq düşmür. Burada çox əhəmiyyətli bir qeydə yer verməliyik. Sələf səfərdə namazı qısaltmağı mübah edən səfər müddəti haqqında fərqli görüşlərdə olsalar da, onlardan heç biri bu vaxtda məhdudiyyətin olmadığını deməmişdir. Beləliklə məhdud bir müddətin olmasında sələf ittifaq halındadır.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?