Əskərlik çəkənlərin namazı

Mufti: Şeyx Muhamməd bin İbrahim Aluş-Şeyx

Sual:

Sərhəd məntəqələrində gözətçi duran əskərlərə namazlarını qısaltmaq və birləşdirmək olarmı? Əmrə tabe olaraq bir il orada qalmaq qərarındadırlar, düşmənin hücum etməsi qorxusu yoxdur və səfərin ağırlığını çəkmirlər. Yalnız müəyyən hallar istisna olmaqla həmişə hərbi binalarda yaşayırlar.

Cavab:

İqamət etmiş (müəyyən bir yerdə yerləşmiş) birinin namazı barəsindəki əsl olan hökm namazı tam qılmaqdır. Müsafirin namazında əsl olan hökm isə namazı qısaltmaqdır. Müsafirin qarşılaşdığı iqamət iki növdür:

Birinci: müəyyən günlər ərzində qalmağı qəsd etmədən müsafir üçün ortaya çıxan iqamə halı. Bu sadəcə olaraq (müsafirin) ehtiyacı ilə bağlı olan bir iqamədir və müsafir bunun nə zaman bitəcəyini bilmir, bitdiyi halda səfər edəcək. Belə bir halda iqamə müddəti uzansa da, qısa olsa da namazı qısaltmaq və səfərin təqdim etdiyi digər rüxsətlərdən istifadə etmək caizdir, çünki peyğəmbərdən – salləllahu aleyhi va səlləm – sabit olan hədisdə deyilir ki, “o, fəth ilində on yeddi gün Məkkədə qaldı və namazlarını qısaltdı.”[1] Həmçinin “Təbuk’da iyirmi gün qalaraq namazlarını qısaltdı.”[2] Alimlər qeyd edirlər ki, bu iki iqamədə peyğəmbər – salləllahu aleyhi va səlləm – orada (bu müddətdə) qalmağı niyyət etməmişdi. Bunun eynisi Abdullah bin Ömərdən gəlib; Azərbaycanda çoxlu qar üzündən oradan çıxa bilmədiyi üçün altı ay qalmışdır və bu müddət namazlarını qısaltmışdır.

İkinci növ: bu zaman müsafir müəyyən günlər ərzində qalmağı niyyət edir və həmin günlər ərzində səfər etmək fikrində deyildir və bu, iki qismə ayrılır:

Birinci qism: iqaməsi dörd gün və daha az bir müddətə olur. Dəlillər belə bir müddət üçün namazları qısaltmaq və digər səfər rüxstələrindən istifadə etməyin caiz olmasını göstərir, çünki peyğəmbərdən – salləllahu aleyhi va səlləm – sabit olmuşdur ki, vəda həcci ilində Məkkədə zul-hiccə ayının dördündə ora daxil olandan həmin ayın səkkizində Minaya doğru oradan çıxana qədər qaldığı müddətdə namazlarını qısaltmışdır və onun bu müddətdə orada qalmaqda qərarlı olmasında şəkk ola bilməz.

İkinci qism: iqaməsi dörd gündən artıq olur; bunun hökmü barəsində alimlər ixtilaf ediblər. Onlardan bəziləri bu hal üçün də namazı qısaltmağı və digər səfər rüxsətlərini caiz görmüşdür və bunun üçün peyğəmbərin – salləllahu aleyhi va səlləm – fəth ilində Məkkədə və Təbukda namazlarını qısaltması haqqında bir az əvvəl qeyd olunmuş hədisləri dəlil gətiriblər, çünki qaldığı müddətdə namazlarını qısaldıb və bu müddət dörd gündən çox idi.

Onlardan digərləri isə bunu qadağan ediblər və dəlil olaraq deyiblər ki, daha əvvəl qeyd olunduğu kimi iqamə etmiş birinin namazı barəsindəki əsl olan hökm namazı tam qılmaqdır, lakin dörd gün və daha az bir müddətdə qalmaq istəyən üçün namazı qısaltmağa icazə verilmişdir, çünki peyğəmbərdən – salləllahu aleyhi va səlləm – vəda həccində belə etdiyi sabit olub. Dörd gündən artıq bir müddətdə qalmağı qərar verməyə gəldikdə isə (bunu isbat etmək üçün) etirazdan salamat olan aşkar bir dəlil gəlməmişdir və ehtimala tabe olan hədisləri dəlil gətirmək isə olmaz və belə halda əslə geri qayıtmaq lazımdır və əsl namazı tam şəkildə qılmaqdır.

Bizim bu məsələdəki görüşümüz ən ehtiyatlı görüşlə əməl edərək sizin dediyiniz hallarda onlara səfərin rüxsətlərindən istifadə etmək caiz deyildir, çünki onlar tam bir il qalmaq qərarındadırlar. Doğrusunu Allah bilir.

Mənbə:

“Fətava va Rasail Səməhətiş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Aliş-Şeyx”, 2/321-323; Mətbəətul-Hukumə, Məkkə, birinci nəşr: 1399 


[1] əl-Buxari (1080); İbn Macə (548) və digər sünən kitabları da rəvayət edir. Lakin əl-Buxaridə on doqquz gün qeyd olunur və bəzilərində on beş gün qeyd olunmuşdur.

[2] Əbu Davud (1228)

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?