Namazı tərk edən küfrünə görə öldürülür

Mufti: Şeyx Abdur-Rahmən bin Nasir əs-Si’di

Sual:

(Şeyx Abdur-Rahmən əl-Məquşi[1] soruşur:) Onların[2] “namazı tərk edən kafir olaraq öldürülər” şəklindəki sözləri əsaslıdır ya yox?

Cavab:

Bəli, çox əsaslıdır. Belə ki, namazı tərk edənin küfrü haqqında və namazı tərk edəndə İslamdan heç bir şeyin qalmaması haqqında gəlmiş çox saylı tanınmış, aşkar mənalı, səhih hədislərə və səhabələrin – radiyallahu anhum – bunun üzərində icma etməklərinə görə kafir olaraq öldürülür. Sadəcə olaraq onlardan sonra ixtilaf ortaya çıxdı, bəzilərinə görə küfrünə görə deyil, lakin evli biri zinaya görə öldürüldüyü kimi bu da bir hədd olaraq öldürülür. Bəzilərinə görə isə çox ağır şəkildə cəzalandırılmalıdır ki, (namazın) tərk etməkdən çəkinsin. Lakin onun küfrü haqqındakı hədislər və əsərlər səhihdirsə, beləliklə küfrün əhkamlarından biri də öldürülməkdir, çünki o, mürtəd sayılır və tövbəyə çağırıldıqdan sonra öldürülər.

Mənbə:

“əl-Əcvibə əs-Sə’diyyə anil-Məsəilil-Qasimiyyə”, səh: 15-16; Darul-Bəşəir əl-İsləmiyyə, birinci nəşr: 1426/2005 


[1] Şeyx Abdur-Rahmən bin Muhamməd bin Ali əl-Məquşi (1333-1405) əl-Qasim bölgəsinin əl-Bukeyriyyə hissəsində doğulmuş və orada böyümüşdür. Ölkəsinin alimlərindən elm alıb və bir neçə səfərində Şeyx Abdur-Rahmən əs-Si’di’dən də dərs almışdır. Şeyx əl-Bəssam zikr edir ki, o, Şeyx əs-Si’di ilə çox yüksək elmi müzakirələr edərdi və məhz onun elmi təhsili Bureydə qazisi Abdullah bin Humeydi onu paytaxt Riyadda qazilik vəzifəsinə təqdim etməyə sövq etdi. 1368-ci ildə Riyadda ali məkhəmədə qazi təyin olundu.

[2] Yəni hənbəli alimlərinin

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?