Yolların üstündə qılınan cümə namazı

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən məsciddə darısqallıq olduqda və insan özü üçün yer tapmadıqda bəzi insanların cümə namazını piyadalar üçün nəzərdə tutulmuş yol üzərində qılması barədə soruşur.

Cavab:

Əsli hökm budur ki, yol üzərində qılınan namaz səhih deyildir, lakin ehtiyacın olması istisnadır. Bu barədə zəif bir hədis rəvayət olunub; bu, İbn Ömər’in hədisidir ki, “Allahın elçisi – salləllahu aleyhi va səlləm – yeddi yerdə namaz qılınmasını qadağan etdi: zibilxana, qəssabxana, məqbərə, yolun ortası, hamam, dəvə tövləsi və Kəbənin damı üzərində.” Bunu ət-Tirmizi və İbn Macə rəvayət edib.[1]

Lakin alimlər – rahiməhumullah – digər nasların dəlalət etdiyi halları bundan istisna ediblər. Bu isə cümə, bayram, cənazə və buna bənzər namazlarda məscidin dolması və insanın özü üçün yoldan başqa yer tapa bilməməsi halındadır, o zaman ehtiyac üçün caiz olur. Sıraların örfə görə birləşmiş olmasını şərt görürlər. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/376; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] ət-Tirmizi (346, 347) bunu İbn Ömərdən rəvayət edir və deyir: “İbn Ömər’in hədisinin isnadı elə də güclü deyildir. Zeyd bin Cəbira hafizəsinə görə tənqid olunub.” Bunu həmçinin İbn Macə (747) İbn Ömər vasitəsilə Ömərdən rəvayət edib və isnadında Abdullah bin Ömər əl-Umri vardır və o, çox zəifdir.

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?