Nafilə qılanın arxasında fərz qılmaq

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Sual verən insanın (məscidə) gəlib fərz namazı qılıb qurtardıqlarını gördükdə təravih qılan birinin arxasında işənin fərzini qılmasının caiz olub olmaması barədə soruşur.

Cavab:

Məzhəbin məşhur görüşünə görə onun namazı səhih deyildir[1], çünki onların görüşünə görə nafilə qılanın fərz qılana imam olması səhih deyildir. Bunun üçün “imam ona tabe olunmaq üçün qoyulub, beləliklə ona müxalif olmayın”[2] hədisini dəlil gətirirlər.

Bəzi alimlər isə deyiblər: “Onun namazı səhihdir”, xüsusilə də təravih qılan o kəslərdən başqa bir camaat tapa bilmirsə (namazı səhihdir). Bu, məzhəbdə güclü bir görüşdür.[3] Şeyx Təqiyyud-Din İbn Teymiyyə, ondan başqa alimlər və şeyximiz İbn Si’di bu görüşü seçiblər.

Onlar bunun üçün  Muaz’ın hədisini dəlil gətirirlər ki, “o, işə namazını peyğəmbər ilə - salləllahu aleyhi va səlləm – qılardı, sonra öz qövmünə dönər və onlara həmin namazı imam olaraq qıldırardı, beləliklə onun üçün nafilə, onlar üçün isə fərz olurdu.”[4]

Bu görüş dəlil baxımından daha üstündür. Lakin əgər ölkənin insanları üstün görüşdən fərqli görüş ilə əməl edirlərsə və onlara müxalif olmaq narazılıqlara səbəb olursa, o zaman onların narazılığına səbəb olacaq bir şeyi çıxarmaq doğru deyildir. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/366-367; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] Yəni əgər təravih qılan camaata qoşulub işənin fərzini qılarsa namazı səhih olmaz və bu, məzhəbin səhih görüşüdür.

[2] əl-Buxari (722), Muslim (414)

[3] Yəni məzhəbdəki digər görüşə görə səhihdir və Şeyx İbn Aqil bunun güclü görüş olduğunu deyir.

[4] əl-Buxari (700)

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?