Tək namaza başlayana qoşulmaq

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Namaza sonradan gələn namazın bir hissəsini ötürüb, imam salam verdikdə durub namazın qalan hissəsini qılır, bundan sonra bir başqa adam daxil oldu və onun namazının axırında ona qoşulub namaz qıldı. Namaza sonradan qoşulan salam verdikdən sonra o biri adam qalxın namazın qalan hissəsini qıldı. Hal belə olduqda ona qoşulub namaz qılmaq səhihdirmi?

Cavab:

Bu məsələ tək namaz qılana qoşulub namaz qılmaq məsələsi kimidir və bu barədə məzhəbdə üç görüş vardır:

(Bir görüşdə) namazın fərz və ya nafilə olmasından asılı olmayaraq bunun mütləq olaraq səhih olduğu deyilib.

(İkinci görüşdə) namazın fərz və ya nafilə olmasından asılı olmayaraq bunun mütləq olaraq səhih olmadığı deyilib.[1]

(Üçüncü görüşdə) bunun fərz namazında yox, nafilə namazında səhih olduğunu deyiblər.

İbn Abbas və Cabir’in hədisinə əsasən səhih olan birinci görüşdür və bu iki hədis bir az əvvəl qeyd olundu. Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/360; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] Məzhəbin məşhur görüşü budur.

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?