İmama sonradan qoşulanın təşəhhüdü

Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

Sual:

Namaza sonradan qoşulan imamı ilə birlikdə axırıncı təşəhhüd üçün oturarsa, axırıncı təşəhhüdü axıra qədər tamamlamalıdır yoxsa birinci təşəhhüddə olduğu qədər deməlidir?

Cavab:

Məzhəbin məşhur görüşünə görə məmum birinci təşəhhüddəki miqdar ilə kifayətlənməlidir və imam salam verənə qədər onu təkrarlaması müstəhəbdir.[1] Sonra namaza sonradan qoşulan namazdan ötürdüyü hissəni qılmaq üçün ayağa qalxmalıdır.  İmam ilə birlikdə  bir rükətə çatan kəs haqqında İmam Əhməd bunu söyləmişdir. Dedi: Birinci təşəhhüdü təkrar etməlidir, peyğəmbərə - salləllahu aleyhi va səlləm – salavat gətirməməlidir və axırıncı təşəhhüddə edilən dualardan hər hansı biri ilə dua etməməlidir. Fəqihlər bunun səbəbini belə izah ediblər ki, bu, namazın ortasına düşən bir təşəhhüddür və bu yerdə birinci təşəhhüddən artıq bir şey gəlməyib. Beləliklə məmum birinci təşəhhüdü bitirmədən öncə imam salam verərsə, o, namazdan ötürdüyü hissəni yerinə yetirmək üçün ayağa qalxmalıdır, əgər həmin təşəhhüd onun birinci təşəhhüdünə təsadüf etmirsə həmin təşəhhüdü tamamlamadan, əgər onun birinci təşəhhüdünə təsadüf edirsə o zaman onu tamamlayaraq qalxmalıdır, çünki o halda ona vacibdir.[2] Doğrusunu Allah bilir!

Mənbə:

“Fətava İbn Aqil”, 1/355; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000 


[1] Yəni “əttəhiyyətu lilləhi...” sözləri ilə başlayıb “va əşhədu ənnə Muhammədən abduhu va rasuluh” sözlərində durmalıdır və diləsə bu sözləri təkrarlaya bilər.

[2] Yəni əgər imam ilə birlikdə yalnız bir rükət qılıbsa, o zaman imam salam vermədən öncə camaatla birlikdə etdiyi təşəhhüd onun birinci təşəhhüdü deyildir, ona görə də imam salam verəndə hələ təşəhhüdü deyib qurtarmayıbsa o zaman dərhal ayağa qalxar və namazın qalan hissəsini qılar. İmam ilə birlikə üç rükət qılmış kəslərə də eyni şey aiddir. Lakin əgər imam ilə birlikdə iki rükət qılıbsa, o zaman əgər imam salam verdikdə o, hələ təşəhhüdü tamamlamayıbsa, o zaman onu tamamlayıb ayağa qalxmalıdır, çünki imamın axırıncı təşəhhüdü onun birinci təşəhhüdü ilə üst-üstə düşür.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?