Namazda sidiyin çıxdığını hiss edən

Mufti: Şeyxul-İslam İbn Teymiyyə

Sual:

Əgər dəstəmaz alar və durub namaz qılarsa,  namaz əsnasında bir damcı çıxdığını hissə edərsə namazı batil olar ya yox? Əgər bir damcı paltarına dəysə paltarı yumalıdırmı?

Cavab:

Sadəcə olaraq hiss etmək dəstəmazı pozmur və sadəcə bir şəkkə görə vacib olan namazdan çıxmaq caiz deyildir, çünki peyğəmbərdən – salləllahu aleyhi va səlləm – namazda bir şey hiss edən adam haqqında soruşulduqda belə cavab verdiyi sabit olmuşdur: “Səs eşitməyənə qədər və ya qoxu hiss etməyənə qədər namazı tərk etməməlidir.”[1]

Lakin əgər sidiyin cinsiyyət orqanından kənara çıxdığından əmin olarsa dəstəmazı pozulmuşdur və ona istinca etmək vacibdir. Lakin ondan davamlı sidik gəlmə probleminin olması halı istisnadır, bu zaman ona əmr ediləni edibsə[2] sadəcə buna görə namazı batil olmur. Doğrusunu Allah bilir!

Mənbə:

“əl-Fətəva əl-Kubra”, 1/281; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1408/1987, Beyrut 


[1] əl-Buxari, dəstəmaz kitabı: 4, 24; Muslim, heyz kitabı: 98,99

[2] Yəni davamlı sidiyin gəlməsi problemi ilə üzləşənlərin bəzi tədbirləri görməsi vacibdir. Sidiyə çıxarkən yaxşı oturmalı, orqanını pambıq və ya buna bənzər vasitələrlə örtməli, bağlamalıdır.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?