Salamlarda "va bərakətuhu" əlavəsi

Mufti: Şeyx Abdul-Aziz bin Baz

Sual:

İmama namazın salamlarında “əs-sələmu aleykum va rahmətullahi va bərakətuh” demək caizdir yoxsa “əs-sələmu aleykum va rahmətullah” deməklə kifayətlənməlidir? Həmçinin əgər “va bərakətuh” sözünü əlavə edərsə namazı batil olur, yoxsa səhihdir?

Cavab:

Ən əfzəli “əs-sələmu aleykum va rahmətullah” sözləri ilə kifayətlənməkdir, çünki peyğəmbərdən – salləllahu aleyhi va səlləm – səhih və sabit olan budur. Amma “va bərakətuh” əlavəsinə gəldikdə isə bunun sabit olmasında elm əhli arasında ixtilaf vardır, ən yaxşısı bunu tərk etməkdir. Lakin əgər bunu desə namazı batil olmaz. Tövfiq Allahdandır! Peyğəmbərimiz  Muhammədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı olsun!

Mənbə:

http://www.binbaz.org.sa/mat/933

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?