Namazlardan sonra imamın camaata dua etməsi

Mufti: Əbu İshaq İbrahim bin Musa əş-Şətibi

Sual:

İmamın namazlardan sonra camaat üçün dua etməsini sünnətdə dəstəkləyən və ya onu rədd edən bir şey varmı?

Cavab:

İmamın namazlardan sonra camaat üçün dua etməsini dəstəkləyən bir şey sünnətdə yoxdur, əksinə bunu rədd edən (dəlillər) sünnətdə vardır.[1] Tabe olunması vacib olan elçilərin ağası Muhəmməddir, salləllahu aleyhi va səlləm. Namazdan sonra onun etdiyi sabit olmuş əməllər ya - “Allahummə lə mənia limə əateytəni..” – sözündə və buna bənzər sözlərində olduğu kimi tərkibində dua olmayan mücərrəd zikr, ya da – “Allahumməğfirli mə qaddəmət va əxxarat...” sözündə və bənzərlərində olduğu kimi özünü xüsusiləşdirdiyi dualar olmuşdur. Onun camaat üçün dua etməsi ondan sabit olmamışdır və ömrü boyu bu hal üzərində qalmışdır. Ondan sonra rəşidi xəlifələr də, sonra saleh sələf də belə olmuşdur, hətta o zamana qədər ki, artıq alimlər imamın salam verdikdən sonra (yerini) tərk edəcəyini, imamlıq yerində oturmayacağını bir mənalı olaraq bildiriblər.

Mənbə:

“Fətəva əl-İməm əş-Şətibi”, səh: 127-128; Muhəmməd Əbul-Əcfən təhqiqi, ikinci nəşr: 1406/1985, Tunis 


[1] Bu məsələdə alimlər ixtilaf ediblər. Zikr etdiyimiz bu fətva maliki alimlərindən bir alimin görüşüdür. Maliki fəqihləri özləri də bunun üzərində ixtilaf ediblər. Gördüyümüz kimi əş-Şətibi bunu caiz görməmişdir. Həmçinin onun tələbəsi Əbu Yəhyə bin Asim əş-Şəhid də ustadı ilə eyni görüşdə olmuşdur. Bunun caiz olduğunu deyən malikilər arasında Əbu Said Fərac İbn Lubb əl-Ğarnəti kimi böyük fəqih yer alır. əl-Vanşərisi maliki alimlərinin fətvalarını cəm etdiyi “əl-Miyər” adlı kitabında zikr edir ki, Əbul-Abbas Əhməd bin Qasim əl-Qabbəb’in bunu qadağan edən bir fətvası vardır və digər böyük maliki alimi Əbu Abdilləh Muhəmməd bin Arafə’nin isə bunu caiz görən fətvası vardır; orada bunu qadağan edənləri şiddətlə inkar etmişdir. Malaqa şəhərinin qazisi Əbul-Həsən Əli ən-Nəbəhi bu barədə bir araşdırma yazmış və orada əş-Şətibi’ni rədd etmişdir. Bunu əl-Vanşərisi “əl-Miyar”da nəql etmişdir, həmçinin əl-Muqri “Əzhərur-Riyad” kitabında buna işarə etmişdir. Şeyxul-İslam İbn Teymiyyə’nin və tələbəsi İbnul-Qayyim’in də mövqeyi bu nöqtədə əş-Şətibi ilə üst-üstə düşür.

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?