Xuflara və corablara məsh çəkmək

Mufti: Şeyx Abdullah bin Aqil

Sual:

Ayağın bir hissəsinin görüləcəyi qədər cırıqları olan corablara və bənzəri ayaqgeyimlərinə məsh çəkməyin caizliyi barədə soruşurlar.

Cavab:

Xuflara və corablara məsh çəkməz caizdir.

Corab, xuf şəklindəki kimi ayağına geydiyi dəridən olmayan yundan və bənzəri materiallardan hazırlanan geyimdir, söz əslən əcəmi sözüdür, lakin ərəbləşib.

Fəqihlər bunun üçün bəzi şərtlər qoşublar; bu şərtlərdən biri budur ki, corab ayağın (yuyulması) fərz olan yerini tam örtməlidir. Bu barədə ixtilaf ediblər: əgər corabda və ya xufda deşiklər olarsa hökm nədir? İmam Malik deyir ki, əgər deşikləri çoxalarsa və böyüyərsə məsh etmək caiz olmaz, əks təqdirdə isə caizdir. Əbu Hənifə isə deyir ki, deşik üç barmaq enində olarsa caiz olmaz, əks təqdirdə isə caizdir. Hənbəlilərin məzhəbindəki məşhur görüş isə budur ki, xuflar ayağın bir hissəsinin görünəcəyi qədər deşilərsə ona məsh çəkmək caiz deyildir, çünki ayaqdan görünən yeri yumaq fərzdir və yumaqla məsh etmək bir arada birləşdiriləməz.

Məzhəbdəki ikinci görüşə görə isə beləsinə məsh etmək caizdir. Bu görüşü Şeyx Taqiyyud-Din İbn Teymiyyə seçmiş və demişdir ki, bu, həm də əş-Şafi’inin əvvəlki görüşüdür və eləcədə digər alimlərin də görüşüdür. Doğru olan da bu görüşdür. Ən yaxşısını Allah bilir!

Mənbə:

“Fətava əş-Şeyx Abdilləh bin Aqil”, sual: 37

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?