Məqalələr

Mömin nəcis olmaz

Əbu Hureyra – Allah ondan razı olsun – rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – onunla Mədinənin yollarından birində qarşılaşdı və o, cunub idi. Dedi: Ondan gizlənərək qırağa çəkildim, oradan getdim və qusl aldım. Sonra gəldim və (peyğəmbər) dedi: “Harada idin, ey Əbu Hureyra?” Dedim: “Cunub idim və təmiz olmadığım halda səninlə birlikdə olmağı xoş görmədim.” (Peyğəmbər) dedi: “Subhanallah! Mömin nəcis olmaz!”[1]

İstinşaq, isticmar və əlləri üç dəfə yumaq

Əbu Hureyrədən – radiyallahu anhu - ; Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən biriniz dəstəmaz alarsa, burnuna su alsın, sonra sümkürsün! Kim isticmar edərsə tək sayda etsin! Sizdən biriniz yuxusundan oyanarsa, əllərini qaba salmamışdan əvvəl onları üç dəfə yusun, çünki sizin heç biriniz əlinin harada gecələdiyini bilmir!”[1] Muslimin ləfzində isə deyir: “Hər iki burun deşiyinə istinşaq etsin!”[2] Bir başqa ləfzdə isə deyir: “Kim dəstəmaz alarsa, istinsar etsin!”[3]

Dəvət və əqidə

Ümumilikdə insanlar olaraq, xüsusilikdə isə müsəlmanlar olaraq qarşılaşdığımız problemlərin səbəblərini öyrənməyə çalışmalıyıq. Bu çətin vəzifəni bütün ömrümüz boyu davam etmək bizə ağır gəlsə də zəruri olduğunu da dərk etməliyik. Ona görə də bu gün dəvətdə qarşılaşdığımız acınacaqlı vəziyyətin səbəblərindən birinə toxunmaq istəyirəm.

Vay atəşdə yanan dabanlara

Abdullah bin Amr bin əl-As, Əbu Hureyrə və Aişədən – radiyallahu anhum - ; rəvayət olunur: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm- dedi: “Vay atəşdə yanan dabanlara!”[1]

Sələf və xələfdən bir epizod

Müsəlmanın sünnətə bacardığı qədər sarılması və sonradan peyda olmuş məsləklərdən bacardığı qədər uzaq durması vacibdir. Çox təəssüf ki, bir çox müsəlman günümüzdə ”əql” və ”zəka” maskalarına aldanaraq alimlərin həqiqi mirası olan sünnəti müxtəlif adlar altında tərk edirlər, tabe olduqları məsləyin həqiqətindən belə xəbərdar deyillər. Lakin Allahın izni və tövfiqi ilə tədricə bu məsləyin həqiqətlərini kəşf edəcək yazılar silsiləsinə başlamaq niyyətindəyik. Hələlik bu iki fərqli yolu bizlərə daddıra biləcək epizodlardan bir epizodu nəzərinizə çatdırmaq istəyirəm.

Aktual Mövzular