Namaz qılmayanın kəsdiyi heyvanın ətini yenmək olarmı?

Sual:

Salam Aleykum.Allah sizi xeyirlə bərəkətləndirsin Samir qardaş.AMİN.Namaz qılmayanın yəni, ibadəti olmayanın kəsdiyi heyvanın ətini yemək  olarmı?Mümkünsə səhih hədislərlə izah edin. Allah sizdən razı olsun.

Cavab:

Aleykum Salam va Rahmətullah

Dualar üçün Allah sizdən razı olsun!

Alimlərin əksəriyyətinə görə kimsə şəhadət gətirirsə və imanın şərtlərinə əməl edirsə, Allaha, axirətə, peyğəmbərlərinə, kitablarına, mələklərinə, qədərə iman edirsə və İslam şəriətini qəbul edirsə, belə biri namaz qılmasa da müsəlmandır. Müsəlman olduğu üçün kəsdiyi halaldır.
Hədis əhli və bir çox hənbəli alimlərinə görə isə namaz qılmayanın kəsdiyi yeyilməz.