Şeirlər

Bir Allah səninlədir

Qüssə kədər içində
Ağlamaq istəyəndə
İnsanlar təkləyəndə
Bir Allah səninlədir

Namaz şeiri

Bir Allah qarşısında
Hesab günü gələndə
Beş namaz duracaqdır
Hər əməlin önündə

Namaz

Önəmli öyüddür hər müsəlmana,
Möminin meracı,namazdır namaz.
Axirətdə yoldaş olacaq sənə
Qəlblərin dərmanı,namazdır namaz.

İslamın beş şərti

İslamın beş şərti var, bilmək belə səadət,
Bunlara kim uyarsa, ona açılır cənnət.

Lə iləhə illəllah

Deməliyik hər zaman,
Lə iləhə illəllah...
De təzələnsin iman!
Lə iləhə illəllah...