Z

Yeni Sözlər

Çox Oxunan Sözlər

  • Təqlid (1631)
    15 Nov , 2013 / T

    “Təqlid” ərəb dilində “qallədə” felindən əmələ gəlir. Dildəki mənası baxımından boyuna bir şey bağlamaq mənasını ifadə edir. Təqlid həm də “davamlı izləmək”, “ayrılmamaq” mənalarını da verir.

    Termin olaraq təqlidin tərifində alimlərimizin sözləri fərqlənir. Üsulul-fiqh alimlərinin çoxu təqlidə belə tərif verib: “Başqasının sözünü hüccət olmadan qəbul etməkdir.” Bu tərifi Əbul-Məali əl-Cuveyni, Əbu Həmid əl-Ğazəli və başqaları veriblər. Şafi’i üləmasından əl-Qaffəl Əbu Bəkr əş-Şəşi deyir: “Başqasının sözünü o sözünü haradan çıxardığını bilmədən qəbul etməndir.” əş-Şəvkəni isə deyir: “Hüccət olmayan birinin rəyini hüccət olmadan qəbul etməkdir.” Bütün bu təriflərdə təqlidin başqasının rəyini qəbul etmək olduğunu söyləyiblər. Digər alimlər isə “qəbul etmək” əvəzinə “əməl etmək” sözünü istifadə ediblər. Hənəfi üsulul-fiqh alimi Muhibbud-Din bin Abdiş-Şəkur deyir: “Başqasının sözü ilə hüccət olmadan əməl etməkdir.” Kəməlud-Din İbnul-Huməm əl-Hənəfi deyir: “Sözü (şəriətdəki) hüccətlərdən biri olmayan kəsin sözü ilə hüccətsiz əməl etməkdir.” Əbul-Həsən əl-Əmidi dedi: “Başqasının sözü ilə gərəkdirici bir hüccət olmadan əməl etməkdir.” Hənbəli alimlərindən İbnun-Nəccər əl-Fətuhi deyir: “Başqasının məzhəbini dəlilini bilmədən götürməkdir.” Bəzi maliki alimləri isə deyib: “Götürülməsi üçün bir hüccət olmadığı halda bir görüşü götürməkdir.” Bu tərifi maliki alimi İbnul-Həcib’ə nisbət ediblər. Təriflər bununla bitmir. Aləud-Din əs-Səmərqəndi deyir: “Bu, cahil birinin alimə elminə, Allaha olan qorxusuna görə, alimin etiqad etdiyinə etiqad etdiyi üçün qətiyyətlə, heç bir tərəddüd və şəkk olmadan – hətta dəlil üzərində qurulmamış olsa belə - tabe olmasıdır.”

    Müasir elm əhlindən birinin verdiyi yekun tərif isə budur: “Mükəlləfin şər’i bir hökmdə özlüyündə hüccət olmayan birinin məzhəbinə iltizam etməsidir.” İltizam bir şeyi izləmək, ona tabe olmaqdır, ondan ayrılmamaqdır. Yuxarıdakı təriflərdən fərqli olaraq iltizam həm əməldə, həm də etiqadda olur. Bu tərifdən belə anlaşılır ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözünə tabe olmaq təqlid sayılmır, çünki peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözü özlüyündə hüccətdir. Bu tərifdən həm də anlayırıq ki, dünyəvi məsələlərdə müsəlmanın həkimə tabe olması “təqlid” termininin əhatə dairəsinə daxil deyildir, çünki təqlid “şər’i bir hökmdə” olur.

  • Müstəhəb (1314)
    04 Nov , 2013 / M

    Buna əməl edən savab qazanır, onu tərk edən isə əzaba düçar olmur. Bura Aşura gününün orucu və s. kimi əməllər daxildir.

  • Məkruh (1202)
    04 Nov , 2013 / M

    Məkruh hərfi mənada sevilməyən, xoş görülməyən deməkdir. Termin olaraq edilməməsi şəriət tərəfindən qeyri-qəti olaraq tələb edilənə deyilir. Məkruhu etdikdə günah yazılmaz, lakin Allahı razı salmaq üçün tərk edildikdə isə savab yazılır.

    Hənəfi məzhəbində məşhur olan terminologiyaya görə məkruh iki növdür: təhrimi məkruh və tənzihi məkruh. Hətta digər məzhəblərdə belə alimlərin izahlarında məkruhun fərqli növlərinin zikr edildiyini görmək olar.

  • Mübah (1196)
    04 Nov , 2013 / M

    Buna əməl edən və ya onu tərk edən nə savab qazanır, nə də ki əzaba düçar olur.

  • Xərac (1177)
    18 Sep , 2014 / X

    Xərac - الْخَرَاجُ - xaracə felindən əmələ gəlir, çıxmaq deməkdir. Fəqihlərin dilində xərac sözünün iki mənası, ümumi və xüsusi mənaları vardır. Ümumi mənası cizyə və bənzəri vergilər kimi dövlətin topladığı və məsrəflərə sərf etdiyi vergilərə verilən addır. Xüsusi olaraq isə "xərac" müsəlmanların imamının məhsul gətirən bir torpağın üzərinə qoyduğu vergidir və belə torpaqlara "xəraciyyə" torpaqları deyirlər. Müsəlmanların fəth etdiyi torpaqlar isə iki növdür: sülh yolu ilə əldə etdikləri torpaqlar, müharibə yolu ilə əldə etdikləri torpaqlar. Sülh yolu ilə əldə edilən torpaqlar orada yaşayan qeyri müsəlmanların torpaqları sayılır, onların mülkü sayılır və cizyə ödədikləri müddətdə o mülklərini saxlayırlar. Müharibə yolu ilə əldə edilən torpaqlar isə müsəlmanların mülkü sayılır, lakin o torpaqları işlədənlərin - onlar istər müsəlmanlar, istərsə də qeyri-müsəlmanlar olsunlar - əllərindən alınmır, lakin onlardan xərac ödəməkləri tələb olunur və xərac ödədikləri müddətdə o torpaqları çalışdıra bilərlər. Əgər o torpaqları çalışdıranlar zimmət əhli olan qeyri-müsəlmanlardırlarsa və İslam dinini qəbul edərlərsə o torpaqların üzərinə qoyulmuş xərac vergisi qaldırılmır, xərac ilə birlikdə o torpaqları işlədən müsəlman oradan biçdiyinin onda birini zəkat olaraq ödəməlidir.