Tövsiyələr

Namazın tərkinə görə təkfir etməyin!

Qardaşlardan bəziləri ilə müzakirəmizdə onlara avam müsəlmanların namazın tərkinə görə təkfir etməyin halal olmadığını bildirdim. Bu sözümdən təəccüblənənlər oldu. Ona görə də burada qısaca izahat verirəm.

Bakirəlik pərdəsinin yırtılmış olması şəriətimizdə zina üçün dəlil sayılmır

Hansısa qadını zinada ittiham etmək İslam dinində çox ağır bir günahdır, böyük günahlardan biridir, ona görə də İslamda qadını zinada ittiham edib sübut edə bilməyənlərə hədd tətbiq olunur.

Quranı səsləndirib söhbət etməyin!

Belə bir hal ilə qarşılaşmış ola bilərik. Bazardasız və ya insanların çox olduğu bir marketdəsiz, yaxud da avtobusdasız, ya da çayxanada və ya kafedəsiz, eşidirsiz ki, kimsə bir cihazda uca səslə Quranı səsləndirir. Onun nəzərində bu etdiyi əməl Allaha itaətdir, qürbətdir. Lakin əslində bu, doğru əməl deyildir.

Çoxumuz səcdə etməyin hökmünü bilmədən edirik

Çoxumuz bəlkə də bunu düşünmədən edirik. Namaz qılıb qurtardıqdan sonra içimizdən səcdə etmək keçir. Yaxud da sadəcə başqa bir vaxt səcdə etmək istəyirsən və səcdə edirsən, yəni tilavət səcdəsi, şükür səcdəsi qəsd olunmadan mücərrəd olaraq səcdə etmək istənilir. Çoxumuz bunu etməyin hökmünü bilmədən və ya üzərində düşünmədən edirik. Lakin qeyd etməliyik ki, alimlər bu məsələ barəsində fikir ayrılığında olublar və fərqli görüşlər bildiriblər.

Bu halda namaz batil olmur

Namaz qıldıqda qarşımızdan uşaqlar keçir. Maraqlananları məlumatlandıraq ki, bu halda namaz batil olmur.