Uşaqlar üçün boyama

Uca Rəbbimiz yaşadığımız bu kainatı və onun içindəki hər bir varlığı özünə məxsus şəkildə və rənglərdə xəlq etmişdir.Təbiki bütün bu gözəllikləri və bu rəngarənglikləri insan üçün yaratmışdır.Bir anlıq ətraf aləmin ağ və qara rənglərdən ibarət olduğunu düşünsək necə də can sıxıcı və yaşamaq üçün mümkünsüz olduğunun fərqində olarıq.Bu da uca Rəbbimizin bizə qarşı olan sonsuz rəhmətlərindən biridir.

Bunları nəzərə alaraq onu deyə bilərik ki,övladlarımız da dünyaya gəldiyi gündən etibarən ətraf aləmdəki varlıqların müxtəlif rənglərdə olmasını kiçik yaşlarından müşayiət etməyə başlayırlar.Beləcə təbiətdə gördükləri varlıqların,mənzərələrin formaları ilə yanaşı onlara məxsus olan rənglərini də yadda saxlamağa çalışırlar.Əlləri qələm tutmağa başladıqları gündən isə ətrafda gördükləri əşyaları öz rənglərinə uyğun olaraq şəkillərini çəkmək və boyamaq istəyirlər.Bu baxımdan boyamalar hər  bir kiçik yaşlı uşaqların sevərək yerinə yetirdikləri məşğuliyyətlərdən biridir.Ümumiyyətlə boyamalar uşaqlarımız üçün təkcə bir zövq deyil həm də bir sıra faydaları vardır ki,bunlardan bir neçəsini qeyd etmək istərdik:

  1. Uşaqların kiçik əzələlərini inkişafını təmin edir.Əl və göz koordinasiyası artır.
  2. Uşaqların göz fokuslanmasının inkişafını artırır və diqqəti toplamağa yönləndirir.
  3. Uşaqlara ətraf aləmi öyrənməyə və uyğun rəngləri ayırmağa köməklik edir.
  4. Uşaqlarda kreativliyi və öz əməyinin nəticəsi olaraq inamı artırır.

Yuxarıda qeyd olunduğu kimi boyama işlərinin uşaqlarımızın fiziki və zehni qabiliyyətlərin artmasına müsbət təsirləri çoxdur.Bununla yanaşı boyamaların uşaqlarımızın inanc və əxlaqi dəyərlər baxımından da müsbət cəhətləri vardır.Sadəcə bu işlərdə valideyinlərin rolu olduqca əhəmiyyətlidir.Yəni boyama zamanı  mənəvi-əxlaqi dəyərlərə zidd olmayan,şiddət və zülüm aşılamayan və dini inanclarımıza qarşı olmayan tablolar seçilməlidir.Bu işdə mükəlləf olan valideynlər boyanan əşyalar haqqında məlumat verməli,onların yaradılış qayəsini uşaqlara çatdırmalı və insanlar üçün olan faydasından danışmalıdır.

Bu işlər zövq və ya uşaqların başını qatmaq xatirinə etdirmək isə qətiyyən yol verilməzdir.Çünki biz valideyinlərin üzərində olan ən başlıca məsuliyyətlərdən biri övladlarımıza düzgün və doğru tərbiyyə verməkdir.Lakin bir reallıqda bundan ibarətdir ki,günümüzdə internetdə uşaqlar üçün hazırlanan boyama şəkilləri heç də hamısı bizim istədiyimiz dəyərlərə uyğun gəlmir.Məhz bu probelmin aradan qaldırılması üçün əlimizdə olan imkanlar çərçivəsində əziz balalarımız üçün uyğun olan boyama şəkillər hazırlamağı qərar verdik.

Bu boyamalar arasında uşaqların zehni və məntiqi təfəkkürünü inkişaf etdirmək ilə yanaşı,dinimizi sevdirəcək  bir çox boyama şəkillər də olacaqdır.Nəzərinizə çatdırmaq istəyirik ki, bu boyamalar çap edilib, əl ilə (rəngli qələm ilə) boyamaq üçün nəzərdə tutulmuşdur.

 

FORM_HEADER


FORM_CAPTCHA
FORM_CAPTCHA_REFRESH