İslam əxlaqı

Mədh edilən və Zəmm Olunan Elmlər.

 

 

 Tərif Olunan və Qınanılan Elmlər.

Bu Elmlərin Növləri və Əhkamları.

 

          Ənəs bin Məlikdən Allah Rasulundan (ﷺ) belə rəvayət etdi: “Elm tələbi hər bir müsəlmana fərzdir (vacibdir).”[1] (İmam Əhməd “əl-İləl” əsərində rəvayət etmişdir.)

          Müəllif (Allah ona rəhm etsin) insanlar hər bir müsəlmana hansı elmləri öyrənməyin fərz (vacib) olması məsələsini ixtilaf etdiklərini dedi.

          Fəqihlər öyrənilməsi vacib olan elmin fiqh elmi olduğunu deyiblər, çünki halal və haram ancaq fiqh elmi vasitəsi ilə öyrənilir.

          Müfəssirlər və mühəddislər dedilər ki, bu kitab və sünnət elmidir, çünki bu iki elm (yəni kitab və sünnət) bütün elmlərə çatmaq üçün vasitədir.

          Tasavvuf əhli bu elmin ixlas və nəfsin afətlərini (bəlalarını) öyrənmək olduğunu deyiblər.

          Mütəkəllimlər (kəlamçılar) bunun kəlam elmi olduğunu deyiblər.

          Bu haqda qəbul olunmayan başqa görüşlər də vardır. Doğru olan qulun Rəbbi ilə münasibətini tənzimləyən elmdir.

          Qulun mükəlləf olduğu muamələ üç qisimdir :

  1. Etiqad - İnanib bağlanmaq
  2. Fel - Əmr olunan şeyləri yerinə yetirmək
  3. Tərk - Qadağan olunanları tərk etmək.

           Uşaq büluğ yaşına çatdığı zaman ona vacib olan ilk şey “Kəlimeyi-şəhadəti” (“Kəlimeyi-şəhadət” yəni Allahın təkliyini və onun Rasulunun risalətini təsdiq etməkdir) və mənasını öyrənməkdir. Bu məlumatı heç bir araşdırma və incələmə etmədən və ya dəlil olmadan təqlid yoluyla öyrənə bilər, çünki Rasul (Allahın ona salat və salamı olsun) mədəni olmayan bədəvi ərəblərin dəlil öyrənmədən təsdiqlərini yetərli saymışdır. Beləliklə də bu, həmin vaxtda insana yerinə yetirilməsi vacib olan vəzifədir. Araşdırma və istidlal (incələmə və tədqiqat) daha sonra ona lazımlı olur.

           Namaz yaşı çatdıqda uşağa təharət və namazı öyrənmək vacib olur. Ramazana qədər yaşarsa oruc ilə əlaqəli ehkamları da öyrənməsi ona vacibdir. Əgər mal varlığı varsa yəni zəngindirsə və bunun üzərindən bir il keçibsə, ona zəkatı da öyrənmək fərz olur. Həcc vaxtı gəlmişsə, həcc etməyə gücü çatarsa (imkanı varsa), həcc və umrə ehkamlarını da öyrənmək ona vacibdir.

Tərk ediləcək məsələlərin öyrənilməsinə gəlincə bu məsələləri öyrənmə duruma görə dəyişir, çünki kor birisinə baxılması haram olan şeylərin öyrənilməsi vacib deyil. Kar birisinə eşidilməsi qadağan olan şeyləri öyrənilməsi fərz deyil. İçki içmənin və ipək geyməyin adət olduğu yerdə bu şeylərin öyrənilməsi vacib olur.       

           Etiqad ediləcək məsələlərin öyrənilməsinə gəlincə insanın ağlına gələcək şübhələr miqarında öyrənmək vacib olur. Əgər kəlimeyi-şəhadətin dəlalət etdiyi mənalar haqqında ağlına bir şübhə gələrsə, bu şübhəni aradan qaldıracaq şeyləri öyrənmək onun üzərinə fərz olur. Əgər bidətlərin yayğın olduğu bir bölgədə yaşayırsa, ona haqqın təlqin edilməsi (öyrənilməsi) vacib olur. Bir tacir ribanın yayğın olduğu yerdə olarsa, ona ribadan çəkinməyi öyrənmək vacib olur. Öldükdən sonra dirilməyə (Bəasa), Cənnət və Cəhənnəmə imanı öyrənmək də vacibdir.

          Bu qeyd etdiklərimizdən fərzu-ayn elmi öyrənməklə qəsd edilən şeyin hər şəxsə ayrı-ayrı fərz olan elm olduğu anlaşılır.

           Fərzu-kifayə elmə gəlincə dünya işlərinin tənzimlənməsində bilinməsi labüd olan hər bir elmdir. Məsələn tibb elmi kimi. Bədənlərin öz varlığını sağlam olaraq davam etdirə bilməsi üçün tibb elmi zəruridir. Alış-veriş, miras və vəsiyətlərin bölgüsündə lazım olduğu üçün hesab (riyaziyyat) elmini bilmək də zəruridir.

           Bu elmləri ölkədə bilən kimsə olmazsa, həmin ölkənin əhalisi çətinliklə qarşılaşar və hər kəs bunu öyrənməklə mükəlləf olar. Bu vəzifəni bir nəfərin üstlənməsi kifayətdir və digərlərinin üzərindən bu vaciblik qalxar.

           Tibb və hesab (riyaziyyat) elmlərinin fərzu-kifayə olmasını deməmiz sizi təəcübləndirməsin, çünki misal üçün əkinçilik, toxuculuq kimi peşələrin əsaslarını öyrənmək fərzu-kifayədir, hətta həcamət kimi peşələrdə də bura daxildir.. Əgər bir bölgədə həkim olmazsa o bölgə əhalisi sürətlə həlak ola bilər. Həqiqətən dərdi göndərmiş Allah, həmin dərdin əlacı olan dərmanı da göndərmiş və və onu necə istifadə etməyi də öyrətmişdir.

            Hesab ( riyaziyyat ) və tibb elimlərinin incəliklərində dərinləşməyə gəlincə bu əlavə sayılır, çünki bu olmadan da yaşamaq mümkündür. Bizim bu zamanımızdakı şərtlər onu göstərir ki, bu elmlərin də incəliklərini öyrənmək fərzu kifayədir, çünki bu elmlərin incəliklərini öyrənmədiyimiz üçün bu gün kafirlərdən asılı vəziyyətdə qalmışıq. Müsəlmanlar yalnız islam və elmlə güclənib ayaqda dura bilərlər. Vacibi tamamlayan şeydə vacibdən sayılır.

            Bəzi elmlər mübah ola bilər. İçində ədəbdən/imandan kənar sözlər olmayan şer və tarix elmi mübah elmlərə misaldır. Bəzi elmlər isə zəmm olunub yəni pislənilib. Sehr, cadu, tilsim və hiylə ilə əlaqəli elmlər zəmm olunmuş elmlərdədir.

            Şəri elmlərə gəlincə bütün şəri elmlər mədh edilən (təriflənən) elmlər sayılır. Şəri elmlər usul, furu, muqəddimət və mütəmmimət (tamamlayıcı) kimi qisimlərə bölünür.

Usul (Şəri dəlillər) : Allahın kitabı (Quranı-Kərim), Peyğəmbərin sünnəti (Hədisi-Şərif), Ümmətin icması, Səhabənin yolu

Kitab və Sunnət əsl olmaqla yanaşı ümmətin ittifaqı da üçüncü dərəcəli əsl sayılır. Səhabə Allah Rəsulunun dönəmində yaşıyıb vəhyə şahid olduqları üçün onların da yolu əsli dəlillərdən sayılır.

Furu : Bu əsillərdən (şəri dəlillərdən) ağılların dərk etməsi yolu ilə başa düşülən mənalardır ki, sözdən həm həmin sözün özünü, həm də başqa mənanı başa düşə bilir. Bu mənaları deyilən lafzlardan,həm də lafzın ifadə etmədiyi başqa mənalardan çıxardırlar. Məsələn : “Qazı (hakim) qəzəbli ikən hökm verə bilməz”[2] sözündən ac və xəstə olarkən də hökm verə bilməyəcəyi mənası çıxarılır.

Müqəddimələr: Bunlar nəhv və dil kimi açar sayılan elmlərdir. Bu elmlər Allahın kitabını və onun Peyğəmbərinin sünnətini öyrənmək üçün olan açar (alət) elmlərdir. Çünki kitab və sunnətə aid qaynaqlar dili ərəb dilidir.

Mütəmmimət (tamamlayıcı) : Qiraətlərlə bağlı olan elm, ərəb hərflərinin məxrəcləri, hədis ricalı, ravilərin ədaləti və durumları (halları) ilə əlaqəli elmlər mütəmmimət olan elmlərdən sayılır. Bunların hamısı şəri elmlərdir və hamısı mədh olunub (təriflənib).

 

        İbn Qudamə əl-Maqdisi “Muxtəsər Minhəcul-Qasidin”, Elm babı

       Tərcümə : Ummu Hiram

 

 

 

 

[1]İbn Macə 224; Bu hədis səhihdir. Hədistən əldə edilən başqa faydalar için Əbu-Yalanın “Musnəd” (2837) və “İthafus-Səadə” (1/97-98) əsərlərinə baxıla bilər.

[2] Buxari 7158; Muslim 1717; Əbu Davud 3589; Tirmizi 1334; Nəsai 8/237-238; İmam Əhməd 5/36-38,46,52.

   Əbu Bəkr (r.a) rəvayət etdiyi hədisdən alınmışdır.

 

 

        

Elm Öyrətmənin Fəziləti

Elm Öyrətmənin Fəziləti

           Buxari və Müslimin səhihlərində Səhl İbn Saddan (Allah ondan razı olsun) təxric etdikləri hədisdə elm öyrətmənin fəziləti haqqında belə deyilir: “Allah Rəsulu (Allahın ona salat və salamı olsun) Əliyə (Allah ondan razı olsun) dedi : Allahın bir adama sənin vasitənlə hidayət verməsi, sənin üçün qırmızı dəvələrə sahib olmandan daha xeyirlidir."[1]

Əqabə beyəti

Əhməd bin Hənbəl ibn İshaqdan o da Kəb bin Malikdən (radiyallahu ənh) Əqabə  hadisəsi haqqında belə dediyini rəvayət edib: …O gecə qövmümüzlə birlikdə miniklərimizin üstündə yatdıq. Gecənin üçdə biri keçəndən sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) ilə görüşmək üçün miniklərimizdən ayrıldıq. Gizli səssiz bir şəkildə bir-bir iki-iki gedirdik. Əqabadaki bir vadidə toplandıq. Biz yetmiş iki kişi idik. Hamımız toplandıqdan sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) gəldi. Yanında Rasulullah (səllallahu əleyhi və səlləm)in əmisi Abbas bin Abdulmuttalib var idi. O, hələ o vaxt öz qövmünün dinində idi. İlk olaraq Abbas bin Abdulmuttalib danışdı:

Elm və Elmin fəziləti

Elm, Elmin Fəziləti və Elmlə Bağlı Məsələlər kitabı

Elm öyrənmənin və öyrətmənin fəziləti

Aləmlərin Rəbbi Qurani-Kərimdə belə buyurur:

“De: 'Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” (Zümər surəsi 9)

“Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Mücadilə surəsi 11)

Əxlaqın önəmi

İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.