Qəlbin Əsgərləri

Qəlb bir hökmdara bənzəyir və onun iki ordusu vardır. Biri zahiri gözlə görülən, digəri isə bəsirət gözüylə görülən ordudur. Gözlə görülən ordu, insanın xarici (zahiri) və daxilidəki üzv və orqanlardır. Bu orqanlar insana xidmət etmək üzçün yaradılıb və ona qarşı gəlməyi bacarmazlar.

 İnsan gözünə açılmasını əmr etdiyi zaman açılar, ayağına hərəkət etməsini əmr etdiyi zaman ayağı hərəkət edər, həmçinin digər üzvlər də bu şəkildə insanin əmrinə verilmiş və ona boyun əymişlər. Lakin bu hal, onların bir əmrə uymaqları kimi təsvir edilməz.Qəlbin bu orduya ehtiyac duymasının səbəbi, yaradılış qayəsi olan səfər üçün miniyə və azuqəyə möhtac olmasıdır. Haqqında danışılan səfər, Uca Allaha doğru edilən yoldur və Rəbbinə qovuşana qədər müxtəlif məkanları keçməsi lazımdır. Qəlbin miniyi bədəndir, azuqəsi elmdir, ilk mənzili dünya və ən son dayanacağı axirətdir. Qəlb, miniyi olan bədəninə baxmağa və onu qorumağa ehtiyac duyar. Onu qorumaq ona münasib qida və başqa ehtiyaclarını təmin etməklə və ona uyğun olmayan, ölməsinə səbəb olacak şeylərdən uzaq tutmaqla olur. Qəlb, bədənin qida ehtiyacını əldə etmək üçün iki orduya möhtacdır. Bunlardan biri batini ordu - şəhvət (yəni istək), digəri isə zahiri ordu - qidanı əldə etməyə yarayan əl və digər bədən üzvləridir. Ehtiyac duyulan bütün istəklər qəlbin içərisində, şəhvətin alətləri olan üzüvlər isə bədəndə yaradılmışdır.

Qəlb, həlak edən və öldürən şeyləri də özündən uzaq tutmaq üçün də iki orduya möhtacdır. Bunlardan biri batini ordu - olan qəzəbdir. Bədəni həlakə aparan şeylər onun sayəsində dəf edilir və düşmənlərdən intiqam alınır. Digəri isə zahiri ordu - əl və ayaqlar kimi qəzəblə əlaqəli olan hərəkətləri edən üzvlərdir. Bu xüsus, bədənin xaricində olan silah və başqa şeylərlə də tamamlanır.

Sonra, qidaya ehtiyacı olan şey qidanı tanımazsa yemək istəyinin və alətinin ona bir faydası olmaz. Tanimaq üçün də iki orduya ehtiyacı var. Bu ordulardan biri görmə, eşitmə, toxunma, dad və qoxu bilmə kimi duyğu vasitələrindən ibrət olan batini ordu, digər isə göz, qulaq, burun və başqa orqanlardan ibarət olan zahiri ordudur.

Bunlara niyə ehtiyac olduğunu və hikmətlərini açıqlamaq çox uzun çəkər. Şükür bölümündə bu xususların bir qisminə toxunacıyıq.

Qəlbin əsgərləri aşağıda verilmiş üç qrupda toplanmışdır:

• Birinci - Şəhvət kimi münasib və faydalı olanı əldə etməyə, ya da qəzəb kimi zərərli və münasib olmayanı def etməyə yarayan vəsflər. Bəzən buna "iradə" də deyilir.

• İkinci - Haqqinda danışılan hədəfləri əldə etmək üçün üzvləri hərəkət etdirən gücdür ki, buna da "qüdrət" deyilir. Bu əsgərlər bütün bədən üzüvlərinə, xüsusən əzələlərə və o cümlədən də vətərlərə yayılmışdır.

• Üçüncü - Cəsuslar kimi, əşyanı idrak edib tanıyan əsgərlərdir. Bu əsgərlər görmə, eşitmə, dad və qoxu bilmə və s. duyğu orqanlarıdır. Bunlar da bədənin müəyyən orqanlarına yayılmışdır, “elm” və “idrak” adlanir.

Qeyd etdiyimiz bu batini ordular ilə yanaşı zahiri ordular da vardır. Sözü gedən bu zahiri ordular ət, piy, əzələ, qan və sümükdən ibarət olan bədən üzvləridir ki, bu orduların icra edici vasitələri olaraq yaradılmışlar. Çünki tutmaq qüvvəti ancaq barmaqların sayəsində baş verir, görmə bacarığı da yalnız göz vasitəsi ilə varlıqları idrak edərək olur. Həmçinin digər bacarıqlar da belədir.

Biz burada üzvlərdən ibarət olan zahiri ordulardan danışmayacığıq, çünki bunlar məlum olan şeylərdir. Biz gözlə görmədiyimiz ordulardan bəhs edəciyik. Bunlardan, idrak qabiliyətinə malik olanlar iki qismə ayrılır. Birincisi zahirdə yerləşən eşitmə, görmə, qoxu bilmə, dad bilmə və toxunma hisslərindən ibarət olan beş duyğu üzvüdür. İkincisi isə daxildə yerləşib beynin boşluqları adlanan yerdə məskunlaşan əsgərlərdir. Bunların sayları da beşdir. Həqiqətən insan bir şeyi gördükdən sonra gözlərini yumaraq öz-özlüyündə həmin şeyin sürətini idrak edər, buna “xəyal” deyilir. Sonra insan gördüyü sürəti bir şey səbəbiylə yaddaşında hifz edər. Bu hifz edici əsgərdir. Sonra insan yadda saxladığı şey haqqında təfəkkür edər və düşüncələrinə əlavələr edərək onu təkmilləşdirər. Sonra unutduğu şeyi xatırlayıb unutduğu şeyə qayıdar. Sonra duyğu orqanları vasitəsi ilə əldə etdiyi şeylərin bütün mənalarınını, onlar arasında müştərək olan duyğu üzvləri vasitəsi ilə bir araya gətirib toplayır. Batində isə müştərək hiss, təxəyyül, təfəkkür, hifz etmə və zikr kimi qüvvələr vardır. Allah ﷻ hifz, fikr, zikr və təxəyyül kimi bacarıqları yaratmasaydı insan bədənində əl və ayaqlar olmazdı, həmçinin beyində də heç bir şey olmazdı. Bu sadaladığımız qüvvətlər batini əsgərlərdir və yerleri batindir.

Zikr olunanlar qəlbin əsgərləridir. Bu əsgərlərdən qüvvətli alimlər istifadə edərlər. Fəhmi zəif olanların bunu idrak edəcəyi şəkildə mövzunu açığlamaq qəliz məsələdir. Lakin biz burada nümunələr verərək fəhmi zəif olanların da mövzunu anlamaları üçün çalışacağıq.

 

Abdurrahman Əbul-Fərəc əl-Cevzi Hənbəli, “Minhəcul-Qasidin və Mufidis-Sadiqin”

“Həlak Edən Əməllər” Bölümü

Tərcümə: Ummu Hiram

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.