İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)
Yeni müsəlman

Əqabə beyəti
- Category: İslam əxlaqı
- Published: Friday, 11 November 2016 07:26
- Hits: 2397
Əhməd bin Hənbəl ibn İshaqdan o da Kəb bin Malikdən (radiyallahu ənh) Əqabə hadisəsi haqqında belə dediyini rəvayət edib: …O gecə qövmümüzlə birlikdə miniklərimizin üstündə yatdıq. Gecənin üçdə biri keçəndən sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) ilə görüşmək üçün miniklərimizdən ayrıldıq. Gizli səssiz bir şəkildə bir-bir iki-iki gedirdik. Əqabadaki bir vadidə toplandıq. Biz yetmiş iki kişi idik. Hamımız toplandıqdan sonra Allah Rəsulu (səllallahu əleyhi və səlləm) gəldi. Yanında Rasulullah (səllallahu əleyhi və səlləm)in əmisi Abbas bin Abdulmuttalib var idi. O, hələ o vaxt öz qövmünün dinində idi. İlk olaraq Abbas bin Abdulmuttalib danışdı:
Əxlaqın önəmi
- Category: İslam əxlaqı
- Published: Friday, 18 October 2013 21:57
- Hits: 5681
İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.