Statistika
İstifadəçilər : 2727Məqalələr : 272
Linklər : 27
Məqalələrə baxış sayı : 114776
| Designed by: |
| Əbu Ömər |
| Uşaqlarınızı atəşdən qoruyun! |
|
|
|
| Məqalələr |
| 19.12.2009 00:46 |
|
Allahu Təalə buyurur: ”Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!”
İmam əl-Qurtubi – rahiməhullah – bu ayənin təfsirində qeyd edir ki, bəzi alimlər uşaqların ”özünüzü” sözünə daxil olduğunu söyləyiblər, ”çünki uşaq atanın bir hissəsidir.”[1] İlkiya ət-Tabəri – rahiməhullah – deyir: ”Övladları qorumaq onlara dini, xeyri və onsuz keçinə bilməyəcəkləri ədəbi öyrətməklə baş verir.”[2] Abdullah bin Ömərin – radiyallahu anhu – hədisində isə peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – deyir: ”Hamınız çobansınız və hər biriniz öz sürünüz üzərində məsuliyyət dayışır.”[3]
İbnul-Cəvzi – rahiməhullah – deyir: ”Çox sərvət sahibi bir kral var idi və onun tək bir qızı var idi, başqa övladı yox idi. Onu çox sevərdi və onu hər cür əyləncə ilə əylənməsi üçün hər bir şərait qurmuşdu. Bu uzun bir müddət bu şəkildə davam etdi. Kralın yanında bir abid yaşayırdı və o, bir gün Quran oxuyarkən səsini qaldıraraq bu ayələri ucadan oxudu: ”Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” Qız onun qiraətini eşitdi və xidmətçilərinə dedi: ”Oxumayın” Onlar isə durmadılar. Abid eyni ayəni təkrar-təkrar oxumağa başladı və hər dəfə də qız onların durmasını istədi, lakin durmadılar. Qız əlini yaxasına ataraq paltarını cırdı. Xidmətçilər atasının yanına gələrək olanları danışdılar. Atası onun yanına gəldi və soruşdu: ”Canım, bu axşamdan bəri sənə nə olub? Səni ağladan nədir?” və qızını qucaqladı. Qız dedi: ”Allah adına and verirəm, atacan, Allahın – Azzə və Cəllə - yanacağı insanlar və daşlar olan bir atəşin yerləşdiyi evi varmı?” Dedi: ”Bəli!” Dedi: ”Bəs bu barədə mənə xəbər verməyə sənə maneə olan nədir, atacan? Allaha and olsun ki, cənnət və atəşə nisbətdə yerimin harada olacağını bilmədiyim müddətdə gözəl yemək yeməyəcəm və yumşaq yerdə yatmayacam!”[4] Əbu Hureyrənin – radiyallahu anhu – hədisində isə peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: ”Hər doğulan uşaq fitrət üzərində doğulur, lakin valideynləri onları ya yəhudiləşdirir, ya nəsraniləşdirir, ya da məcusiləşdirir.”[5]
Uşağın fitrəti yalnız bu üç batil din ilə deyil hər bir küfr və şirk etiqadı ilə pozula bilər. Bununla da uşağın səhih etiqadı üçün valideynlər həm bir-başa, həm də dolayı yolla məsuliyyət daşıyırlar. Ona görə də Şeyx Abdul-Kərim Zeydan deyir: ”Bu məsuliyyət özünü bir-başa ifadə edəcək bir surətdə ola bilər, beləki uşaqlarına yəhudiliyi, nəsraniliyi və məcusiliyi öyrətməklə onlara həmin dini aşılamış olurlar. İnsan bu məsuliyyətə dolayı yolla da sahib olur, beləki uşaqlarına İslam əqidəsini və onun mənalarını öyrətməyi tərk edir və uşaqlarının yəhudilik və ya nəsranilik və ya məcusilikdən gəlmiş küfr və zəlalət etiqadlarının yayılmış olduğu fasid və zəlalətə düçar olmuş cəmiyyətin şikarı olmalarına göz yumurlar və nəticədə uşaqlar həmin etiqadlara inanır və onu özlərinə din seçirlər.”[6] Çox təəssüf ki, zamanımızda valideynlər bu məsuliyyətdən qafil halda yaşayırlar. Onlara görə uşaqları qarşısındakı öhdəlikləri sadəcə onları yedizdirmək və geyindirməklə tamamlanmış olur. Müasir cəmiyyətlərdə yeni bir anlayış ortaya atılmışdır və bu anlayışa görə uşaqların tərbiyəsi ailədən savayı həm də dövlətin məsuliyyətidir. Bu anlayış sakit bir dənizdə üzən bir aysberqə bənzəyir, üzdən zərərsiz görünsə də arxasında gizlətdiyi təhlükəsi ilə ən nəhəng gəmiləri batırmağa qadirdir. Çünki bu planın arxasında duranlar imperialist dədələrindən qalma mirasa yiyələnmiş, tamah və şəhvət ilə hərəkət edən, yəhudi ağalarına qulluq edən şeytanlardır. Onlar müsəlman nəsillərin tərbiyəsi ilə məşğul olmağı qəsd edərkən, onların İslam fitrətlərini pozmaq, yerini fasid və çirkin etiqadlarla əvəz etməyi düşünürlər. Bu gün müsəlman torpaqlarında küfr və fəsad yaymaq üçün hər bir qapı İslam düşmənlərinə açılmışdır. Ərəb ölkələrində nəsranilər dil məktəbləri maskası altında müsəlman uşaqlarına nəsranilik öyrədə bilirlər. Qafil valideynlər isə uşağının fransız, ingilis və ya alman dilini öyrənməsi adı ilə həmin məktəblərə yola salırlar. Dəvətlərini açıq şəkildə edə bilmədikləri üçün bunu dünyəvi məktəblər içində etməyi bacarırlar. Pakistanda və Əfqanistanda da dünyəvi məktəblərin sayı artır və müsəlman uşaqları dini tədrisdən yavaş-yavaş məhrum olunurlar. Post-sovet məkanında yaşayan müsəlmanlar isə sovetlərdən qalma məktəblərdə öz uşaqlarını oxutdururlar. İstər sovet mirası olan bu dünyəvi məktəblər, istərsə də nəsraniliyə dəvət edən əcnəbi məktəbləri olsun, hamısı nəticə etibarı ilə eyni fəsada gətirib çıxarırlar. Bu isə uşaqlarımızın etiqadi və əxlaqi krizisə düşmələrinə səbəb olur. Dinini anlayan hər bir müsəlman valideyn uşağı qarşısındakı məsuliyyətini anlamaya bilməz. Ona görə də bu yazımızda onlara bu məsuliyyətlərini xatırlatmaq istəyirik. Azərbaycandakı məktəblərin fəsadları hər kəsə məlumdur. Uşaqlarımıza bu yerlərdə öyrədilən fikirlər İslam fitrətinə tam anlamda ziddir. Buna çox misal misal vermək olar. Azərbaycanda Təhsil Nazirliyinin internet səhifəsində məktəblərdə keçirilən dərslər və onların mahiyyəti haqqında rəsmi məlumat yerləşdirilib. Biologiya fənninin mahiyəti haqqında yazarkən bu sözlərə yer verirlər: ” Şagirdlərdə canlı aləmin yaranması, quruluşu, funksiyaları, təsnifatı, yayılma qanunauyğunluqları, inkişafı və mühafizəsi, onların bir-birilə və cansız aləmlə qarşılıqlı əlaqəsi, maddi aləmin vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər formalaşdırılır, onlarda özünə, ətraf mühütə qayğıkeş və həssas münasibət yaradılır.” Daha yüksək mərhələdə isə biologiya fənninin əhatə dairəsi daha da dəqiqləşir: ” Şagirdlərdə həyatın əmələ gəlməsi, hüceyrə, üzvi aləmin inkişafı və təkamülü, insanın mənşəyi, genetika və seleksiyanın əsasları, ekologiyanın problemləri və həlli yolları haqqında anlayışlar yaratmaqla müvafiq bilik və bacarıqlar aşılanır, canlı maddi aləmin tamlığı və vəhdət təşkil etməsi barədə elmi dünyagörüşü və məntiqi təfəkkür formalaşdırılır.” Burada açıq-aydın bildirilir ki, məktəbdə uşaqlara insanın necə yaranması haqqında məlumat verilir. Məgər məktəblərdə insanın Aləmlərin Rəbbi tərəfindən yaradılması həqiqəti öyrədilirmi?! Əlbəttə ki, xeyr! Azərbaycan məktəbində küfr və ilhad olan Darvinin təkamül nəzəriyyəsi öyrədilir. Eləcədə digər fənlər haqqında kifayət qədər məlumat vardır. ”Çağırışa qədərki hazırlıq” adını verdikləri fənn isə övladlarımıza Azərbaycanın Dünyəvi Hökumətinə qarşı sevgi aşılamağı da bir məqsəd kimi görür. ”Həyat bilgisi” adını verdikləri fənn isə uşaqlara ”humanizm” dedikləri, üzdə mələklərin, həqiqətdə isə şeytanın maraqlarına yaraşan bir ideologiya öyrədəcəkdir. Lakin maraqlı tərəf budur ki, azərbaycan məktəbində insan hüquqlarını Uca Rəbbimizin hüquqlarından üstün tutan ”humanist” adını verdikləri bu küfr dəyərlərini belə əməlli başlı öyrədə bilmirlər. İnsanlara hörmət kimi ədəbi-əxlaqi mövzuları praktiki şəkildə öyrətmək yerinə onlara sadəcə olaraq ideologiyanın ən batil hissələrini yeridirlər. Nəticədə uşaqlarımız əxlaqdan uzaq, lakin batil fikirlərə yiyələnmiş halda o məktəbdən evə qayıdırlar. Övladlarımıza öz Rəblərini tanıtmadıqları halda, onlara ən batil ideologiyaları öyrətməkdən geri qalmırlar. Lakin bütün bunlar fikir baxımından məktəblərin törətdiyi fəsadlardır. Biz hələ məktəbin uşaqlarımız üzərində buraxdığı əxlaqi-mənəvi təsirlərindən bir şey yazmamışıq. Görəsən hansı müsəlman və ya qeyri-müsəlman valideyn Azərbaycan məktəbinin onun uşağına verdiyi əxlaqi tərbiyyədən razıdır? ”Bədən tərbiyəsi” dərslərində qızlara geydirilən əxlaqdan uzaq paltarlardan, yoxsa oğlanların onlara ”hədiyyə” etdikləri iltifatlı sözlərdənmi danışaq?! Hamı bilir ki, indiki təhsil ocaqları təhsildən çox, fitnə-fəsad ocaqları kimi tanınırlar. Uşaqlarımız erkən yaşlarından ”qərb mədəniyyətinin” ölkəmizə idxal etdiyi eşq-məhəbbət macəralarına maraq göstərirlər. Qızlar özləri üçün süslü-püslü dəftərlər tutar, arzular, xəyallar qurmağa başlayarlar. Oğlanlar isə ”kişilik əlamətləri” olaraq gördükləri siqaret çəkmə, içki içmə kimi murdar adətlərdə öz aralarında yarışırlar. Burada hər bir xırdalığa getməyə nə bir macal, nə də bir ehtiyac vardır. Azərbaycanda yaşayan hər bir müsəlman bu həqiqətlərdən xəbərdardır. Bundan əlavə məktəblərdə keçirilən və İslama zidd olan bir çox bayramlarda uşaqların da iştirakı qaçınılmazdır. Uşaqlarınızı bu bayramlardan uzaq tutmağı bacarsanız belə, uşaqları onların təəssüratından qoruya bilməzsiz, çünki həmin bayramların ”əyləncə” hekayələrini sinif yoldaşlarından öyrənəcəklər. Üstəlik etiraf etməliyik ki, zamanımızda təhsili biz məktəbdən öyrənmirdik, əksinə doqquz və ya on il məktəbdə illərimizi boşa keçirdikdən sonra, sonuncu ili müəyyən müəllimələrin qapılarına düşərək universitetə hazırlaşmağa başlayırdıq. Halbuki həmin illər məktəbdən kənarda daha gözəl dəyərləndirilə bilərdi. Ortada bir reallıq var! Biz uşaqlarımızı məktəbə göndərməklə onları gözəl müsəlman ailə tərbiyəsindən azad edib, küfr və fəsad ocaqlarına yola salırıq. Məsum quzuları öz əllərimizlə azğın canavarların ağzına veririk. Bir də etiraf edək ki, uşaqlar intizamsızlıq, şıltaqlıq, əyləncə anlayışlarını çox tez sevirlər və bunların hamısını məktəbdə tapa bilirlər. Məktəbdəki əyləncə şanslarını, intizamsızlığı görən hansı uşaq ailə nəzarətini sevər və ona tabe olar?! Bütün bu yazdıqlarımız o qədər aydın problemlərdir ki, uşaqları belə məktəblərə göndərməyin haram olduğunu hamımız anlayırıq. Bəlkə buna görə də bu mövzu haqqında bir kitab yazmış Şeyx Bəkr Əbu Zeyd – rahiməhullah – mövzuya başlamadan əvvəl deyir: ”Bu yeni fenomen İslam ölkələrini bürüdüyü bir halda müsəlman ölkələrində əcnəbi məktəblərinin açılışının və uşaqlarımızı ora daxil etməyin haram olması alimlərin haqqında mübahisə etdikləri bir məsələ deyildir. Çünki fəlakət o qədər çirkindir ki, bunun haramlığı üçün heç bir dəlilə ehtiyac duymurlar, beləki ideoloji istismarı qəbul etməyin haram olduğuna hökm etmək, maddi istismarın haramlığına hökm etməkdən daha doğrudur. Həqiqi müsəlman heç zaman kafirlərin möminlər üzərində üstün olmasına razı olmaz.”[7]
İdeoloji müharibə vasitəsilə müsəlman nəsillərini İslam dinindən uzaqlaşdırmaq üçün məktəblərdən xüsusilə istifadə etmək yeni bir üsul deyil, əksinə bu çoxdan işə salınmış bir müharibə maşınıdır. İslam aləmində ilk əcnəbi məktəbi Osman imperatorluğunda Beyrut şəhərində 1830-cu ildə açılmışdır və yalnız qızlar üçün nəzərdə tutulurdu. Çünki qızlar gələcəyin anaları olacaqdı və xüsusilə də böyük və varlı ailələrin qızlarını məktəbə götürərdilər. Daha sonra 1840-ci ildə Misirin İskəndəriyyə şəhərində fransız məktəbi və ingilis protestan məktəbi açdılar. Bununla belə eyni zamanda Misirdə diaspora cəmiyyətləri yayılmağa başlayır. Yunan diasporası artdıqca ölkədə yeni kilsə və məktəb açılırdı və ilk məktəblərini 1843-cü ildə İskəndəriyyədə açıblar. Eləcədə italiya diasporası 1862, almanlar 1866, yəhudilər 1872-ci ildə öz cəmiyyətlərini qururlar. Lakin ilk olaraq 1828-ci ildə ermənilər öz cəmiyyətlərini Bulaq şəhərində qururlar. Ona görə də bu barədə yazılmış çox sayda kitablar və məqalələr tapmaq olar. Onlardan bəzilərinin adlarını vermək olar: - ”İrşədul-Hayəra fi Təhziril-Muslimin min Mədarisin-Nəsara” - ”Muxtəsar İrşədil-Hayəra fi Təhziril-Muslimin min Mədarisin-Nəsara” Bu iki kitabın hər ikisi də hicri 1350-ci ildə, yəni səksən il bundan əvvəl vəfat etmiş Yusuf bin İsmayıla aiddir. - ”Mədar Təlimil-Əbnə fi Mədarisil-Əcanib”, Seyyid Əli Həbib, Məcəllətul-İslam, Rabiul-Axir, 1352-ci il Eləcədə Şeyx Muhamməd Raşid Rida ”Təfsirul-Mənar” adlı məşhur təfsir kitabında bir çox yerdə (10/410-411, 514-515) bu barədə danışmışdır. Həmdə ”Fətava Muhamməd Raşid Rida” adlı fətvalar toplusunda (6/2387) ”Təlim Əvlədil-Muslimin fil-Mədarisil-Lədiniyyə əl-Hukumiyyə va ğayrihə əu Mədarisin-Nəsraniyyə” (Müsəlman uşaqların qeyri-dini hökumət məktəblərində və başqalarında və ya xristian məktəblərində təlimi) başlığı altında bir fətvası da keçməkdədir. - hicri 1373-cü ildə vəfat etmiş Əhməd Əminin yazdığı ”əl-Mədarisul-Ğarbiyyə fil-Bilədiş-Şərqiyyə” kitabı - Əhməd Həmzə’nin “Məcəllə Livail-İslam” jurnalında zul-qadə ayə, hicri 1375-ci ildə yayınladığı “əl-Mədarisul-Əcnəbiyyə val-İslam” adlı məqaləsi - Hicri 1376-cı ildə vəfat etmiş Şeyx Abdur-Rahmən əs-Sadi’nin yazdığı “Nasiha Muxtəsara fil-Həssi alət-Təməssuki bid-Din vat-Təhzir min əl-Mədəris əl-Əcnəbiyyə” adlı risaləsi - Şeyx Əhməd bin Muhamməd Şakirin “Hukmul-Cahiliyyə” adı altında çap olunmuş məqalələri arasında (səh: 174, 176) yayınlanmış “Təlimud-Din fil-Mədəris” adlı məqaləsi - Hicri 1399-cu ildə vəfat etmiş Şeyx Həsən Məşat əl-Məkki’nin yazdığı “Hukmuş-Şəriətil-İsləmiyyə fi Təlimil-Muslimin Əvlədəhum bil-Mədəris əl-Əcnəbiyyə” risaləsi - Hicri 1399-cu ildə vəfat etmiş Şeyx Abdur-Rahmən bin Muhamməd əd-Dəvsəri’nin yazdığı “Xatimətu Kəşfiş-Şubuhət” adlı kitabı - Hicri 1403-cü ildə vəfat etmiş Muhamməd Muhamməd Hüseynin yazdığı “Husununə Muhəddədə min Dəxilihə” (Qalalarımız içdən dağıdılır) adlı risaləsi Şeyx Bəkr Əbu Zeyd ideoloji müharibə, müsəlmanların etiqadının təhrif olunması haqqında gedən mübarizə, xüsusilə də bunda məktəblərin rolu haqqında yazılmış altmış dörd dənə fərqli kitab, məqalə və fətvalar saymışdır. Bunların arasında Ömər bin Süleyman əl-Əşqar, Mahmud Muhamməd Şakir, Əbul-Həsən Əli ən-Nədvi kimi elm əhlinin adlarını da qeyd etmişdir. İslam ölkələrində bu məktəblər açılan zamandan bəri müsəlman alimləri bu məktəblərin açılışını və övladların ora göndərilməsini haram sayıblar. Bunlardan biri də Şeyx Abdur-Rahmən bin Fətə əş-Şəqravi’nin oğlu Şeyx Əhməd olmuşdur, ölkəsi müstəqillik qazanana qədər və ondan sonra belə fransız məktəbinin açılışına qarşı çıxmış və buna qarşı uzun müddət mübarizə vermişdir. Eynilə hicri 1398-ci ildə vəfat etmiş Şeyx əl-Muxtar bin Bəlul da bu fransız məktəblərinə qarşı mübarizə aparmışdır, verdiyi bir fətvada uşaqları belə məktəblərə göndərməyin haram olduğunu deyir. Bu məsələni ələ alaraq qeyd edir ki, uşaqlar fitrət üzərində doğulurlar və onları yəhudi, nəsrani və ya məcusi edənlər valideynləri olur. Sonra isə qeyd edir ki, əgər böyüklərə bidət əhli ilə oturub durmaq haramdırsa, o zaman uşaqları belə məktəblərə göndərməyin hökmü nə olmalıdır?! İbnul-Həcc’in “əl-Mədxal” kitabındakı və ən-Nəbəhəni’nin “İrşədul-Həyara” kitabındakı eyni mənalı sözlərini də nəql etmişdir. Lakin bütün bu səylərə baxmayaraq məktəblər açılmağa davam etmişdir, nəticədə Afrika qitəsinin bir çox müsəlman bölgəsində xristianlaşma geniş vüsət almışdır. Ona görə də orada yaşayan müsəlman ağsaqqallardan biri deyir: “Nəsranilər ölkəmizə gəldikdə onların əlində İncil, bizim əlimizdə isə torpaqlarımız var idi. İndi isə İncil bizim əlimizdə, torpaqlarımız isə onların əlindədir.”[8] Bu məktəblər Ərəb yarımadasından da yan keçməyib, ilk dəfə hicri 1419-cu ildə, yəni on bir il bundan əvvəl orada da bu növ məktəblərin açılmasına izn verilmişdir.
Bu növ məktəblərin hökmü Şeyx Əli ət-Tantavi – rahiməhullah – deyir: “Ərəb hökumətləri bütün əcnəbi, ingilis, fransız, amerikan məktəblərini bağlayan açıq-aydın qanunlar çıxarmalıdır, yoxsa bizim bütün əməllərimiz boşa çıxar, əbəs olar. Bu məktəblər bizim övladlarımızı özümüzə düşmən, düşmənlərimizə isə dost olaraq çıxarıb və Şamda baş verənlər buna misaldır; Dəməşqi bombalama vəzifəsini daşıyan da – Allah ona lənət etsin! - ərəb idi, atası isə adı Aləud-Din əl-İmam olan bir şeyx idi.”[9] Şeyx Muhamməd Əhməd əl-Ğamravi – rahiməhullah – deyir: “Bu gün yetkin müsəlman nəsildə İslam ruhunun zəif olmasının səbəblərini bir səbəbdə toplamaq olar, o isə İslam tərbiyəsinin pis olmasıdır. O zaman müsəlmanların üzərinə düşən övladlarını İslam məktəblərində yetişdirməkdir. Övladlarını, İslam ruhundan məhrum olan məktəblərin şikarı etməsinlər; onları İslam kimliyindən başqa bir kimlik üzərində böyüdürlər və tədricən onları İslamdan çıxardırlar. Əgər müsəlmanlar övladlarını kiçik yaşlarında mülhid və ya qeyri-müsəlmanıların onların beyinlərini və özlərini idarə etməsindən qorumasalar, onların böyüyərək din yolundan çıxmalarından və elm, ədəb, fikir azadlığı bəhanəsi ilə İslamı tənqid edənlərə tabe olmalarından təəccüblənməməlidirlər.”[10] Əzhar şeyxlərindən Şeyx Muhamməd əl-Xıdır Hüseyn “Rasəilul-İslah” adlı əsərində deyir: “Elm və ya humanizm adı altında ölkələrimizdə açılan təhsil ocaqlarının həqiqətdə insanları Allahın dos-doğru yolundan azdırmaq üçün açıldığını kim bilmir?! Onların bu məktəblərdə öyrəndikləri kitablar buna əyani sübutdur və bu kitablar oxuyub gördüyümüz kimi İslama tənə edən, peyğəmbərin – salləllahu aleyhi va səlləm – şənini alçaldan sözlərlə doludur...Suriya, Misir və başqa ölkələrdə açılan bu məktəblərin çox üzücü əsərlərini gördük. Bu məktəblərə göndərilmiş və oradan məzun olmuş o qədər gənc var ki, müharibə edən düşmənlər qədər öz müsəlman millətinə və onun şəriətinə nifrət edirlər.”[11] Şeyx Muhamməd Raşid Rida – rahiməhullah – təfsirində bu barədə gözəl sözlər demişdir: “Lakin onların çoxu bu fərzi tərk ediblər, öz dinlərinə, öz millətlərinə və ümmətlərinə qarşı cinayət ediblər və milli və siyasi maraqlarda digər bütün ümmətlərdən o qədər pis hala düşüblər ki, hökmranlıqlarını, izzətlərini və şərəflərini itiriblər və başqa millətlərin əlində bir alətə çevriliblər. Hətta öz oğlan və qız uşaqlarının tərbiyəsində belə onların aləti olublar; uşaqlarını nəsraniliyə və ya ateizmə dəvət edən məktəblərin əlinə tərk ediblər, onlarda uşaqların həm dinlərini, həm də dünyalarını korlayırlar, onları millətə və vətənə bağlayan bağlarını qoparırlar. Əcnəbilər üçün onlardan zəlil olmuş qul hazırlayırlar. Onlardan soruşuruq ki, “nə üçün rahiblərin, yevanqelistlərin və ya hər şeyi mübah qılmış ateistlərin məktəbləri kimi özünüz üçün məktəblər qurmursunuz?” Deyirlər ki, “Bu işimizi görəcək qədər maddi imkan tapa bilmirik.” Lakin həqiqət budur ki, onlar bu işlərini görəcək qədər din, ağıl, yüksək ambisiya və qeyrət tapa bilmirlər, halbuki onlar başqa millətlərin övladlarının - dinləri bunu onlara vacib görmədiyi halda - necə xeyriyyə və siyasi məqsədlərlə məktəb və universitet açmaq üçün səy göstərdiklərini görürlər, onlara bunu etməyə sövq edən öz ağıllarıdır, milli şüur və vətən qeyrətidir. Bunu gördükləri halda belə onları qısqanmırlar, sadəcə və sadəcə onların alətləri halına düşmələrinə razıdırlar. Dinlərini tərk ediblər, dinlərini itirmələri ilə dünyaları da batmış olur: “Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqləridir!” (əl-Həşr, 10)”[12] əl-Haram məscidinin alimlərindən olan Şeyx Həsən Məşat əl-Məkki deyir: “Ey dostlar! Ayılın, oyanın qəflət yuxusundan! Uca Rəbbinizə geri dönün! Zülm etmiş və atəşə qərq olmuş kəslərə arxalanmayın! Bilin ki, əgər övladlarınıza bu məktəblərə girməyə izn vermisinizsə, o zaman onlara kilsəyə daxil olmaq, küfr məbədinə şahid olmaq və İslam dininə edilən tənəyə qulaq asmaq üçün və mübarək şəriətin qadağan etdiyi, insaniyyət dəyərinin inkar etdiyi hər bir şey üçün izn vermiş olursuz. Xəbərdar olun ki, siz bununla Allahu Təalənin haqqına, dininizin və ümmətinizin haqqına, övladlarınızın, ailənizin haqqına qarşı günah işlətmiş olursuz, Allaha və Rasuluna qarşı ən şiddətli üsyanla asi olursuz və Allahın övladlarınıza münasibətdə onlara İslami təlim vermək və onları buna müxalif olan hər bir şeydən qorumaq kimi sizə vacib buyurduğu öhdəliklərə qarşı çıxırsız. Bilin ki, xeyir və xoşbəxtlik dini və əxlaqı qorumaqda vardır və əcnəbi məktəblərində təhsil almağın nəticəsində şan-şöhrət və mal əldə olunacağını xəyal etməyinizin, dini və əxlaqı mühafizə etməyin yanında heç bir çəkisi yoxdur: “Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. De: "Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır". Allah qullarını görür. ” (Ali-İmran, 14) Allahın Elçisi – salləllahu aleyhi va səlləm – doğru söyləmişdir: “Yemək yeyənlərin bir-birilərini qaba çağırdıqları kimi ümmətlərin də bir-birini çağıraraq sizin üzərinizə gəlmələrinə az qalmışdır.” Dedilər: “Ey Allahın Elçisi! O günü sayımızın azıolması üzündənmi olacaq?” Dedi: "O gün sayınız çox olacaq, lakin selin gətirdiyi bulantı kimi olacaqsız ki, bu, düşmənlərinizin qəlbindən qorxunu götürəcək, sizin qəlblərinizə vəhn salacaq.”Soruşdular: “Vəhn nədir, ey Allahın Elçisi?” Dedi: “Dünyanı sevmək və ölümdən xoşlanmamaq.”[13] əl-Qadi Şeyx Abdullah bin Süleyman bin Humeyd – rahiməhullah - deyir: “Fransız məktəblərində oxuyanlar da bunlar kimidir, çünki şagird müəlliminin əqidəsi, dini və əxlaqı üzərindədir və bu, müsəlman cəmiyyəti üçün ən zərərli şeydir. Onlara cahildən başqa heç kəs aldanmaz...”[14] Alləmə Şeyx Abdullah bin Muhamməd bin Humeydin – rahiməhullahu təalə - bu barədə ayrıca bir risaləsi vardır və 1378/5/27 tarixində Hira qəzetində dərc olunub, eləcədə “əd-Durar əs-Səniyyə” kitabının on altıncı cildində (səh: 21-27) çap olunmuşdur. Şeyx Abdur-Rahmən əs-Sadi – rahiməhullah – bu barədə yazdığı “Nasihə Muxtəsara fil-Həssi alət-Təməssuki bid-Dini vat-Təhziri minəl-Mədərisil-Əcnəbiyyə” adlı risaləsində deyir: “Zərərli izlər buraxacaq şəkildə dini etiqadlara təsir etməyən müasir faydalı elmlər ilə heç bir yolla mümkün olmayan xətalı batil nəzəriyyələri qəbul etmiş, cəhalət, zəlalət, peyğəmbərlərin dinindən məlum olan elmə müxalifət üzərində qurulmuş müasir zərərli elmlər arasında fərq qoymaq vacibdir. Bu zərərli elmlərin nə qədər çirkin izləri və nəticələri vardır?! Bəsirəti zəif olan neçə-neçə insan, dindən xəbərsiz olan neçə-neçə ümmətlər həlak etmişdir. Bu elmlərlə məşğul olmuş o qədər insan var ki, dinlərinə, millətlərinə və vətənlərinə düşmən kəsiliblər və düşmənlərin əlində qövmünə qarşı silah olublar. Buna görə də bu zərərli elmlərin keçirildiyi əcnəbi məktəblərə daxil olmaqdan çəkindirmək və xəbərdar etmək lazımdır, xüsusilə də din haqqında tam məlumatı olmayanları, bu barədə heç bir bəsirəti olmayanları xəbərdar etmək lazımdır. Din və ağıl sahibi bir insan öz övladını, canının parçasını bu əcnəbi məktəblərinə qoymağa, onlara təslim etməyə necə razı ola bilər?! Halbuki bu məktəblər İslama düşmənçilikləri, hətta bütün dinlərə qarşı düşmənçilikləri ilə tanınıblar və onları ancaq və ancaq insanları Allahın dinindən və Tövhiddən uzaq tutmaq üçün təsis ediblər. Beynini ateizm və şübhələr ilə dolduracaq bu kəslərə əql sahibi bir insan, zehni dini təlimlərdən və xoş əxlaqdan boş olan uşağını necə tapşıra bilər?! Allah isə deyir: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” Yəni, onlara fayda verəcək şeyləri öyrətməklə, əxlaqlarını arındırmaqla onları qoruyun! Kim onlara dini elmləri öyrətmirsə, onları xoş əxlaq və ədəb ilə gücləndirmirsə, uşaqlara nəzərən Allahın ona fərz etdiyinə tabe olmamışdır. O zaman uşaqlarına zərərli elmləri, əxlaqsızlığı, rəzaləti öyrətməyə can atan kəslər haqqında nə demək olar?! Belə bir kimsə etdiyi cinayət baxımından insanların ən pisidir, din baxımından onların ən zəifi, günah baxımından ən günahkarıdır. Üstəlik ağıl cəhətdən də insanların ən zəifidir, çünki övladlar insanın ən böyük qəniməti və qazancıdır. O zaman ağıl sahibi bir insan belə bir qəniməti əldən verməyə, uşaqlarına təmir edilməsi mümkün olmayan bir xəsarət yetirməyə necə razı ola bilər?! Axı insan öz dini və əxlaqı ilə insan olur! Əgər dinini və əxlaqını itirərsə, heyvandan da yolunu azmış olar! Ola bilsin ki, uşaqlarının əcnəbi məktəblərində oxumasına razı olan bu atalar bu elmlərdə elə bir nümunə görüblər ki, uşaqları ilə cəld ona görə davranıblar; Ola bilsin ki, başqalarının yuxarıdan aşağı baxdıqları kimi bu atalar da həqarət ilə davranırlar, çünki onların qəlbləri kibr, azğınlıq və başqalarına qarşı həqarətlə doludur, necəki Allahu Təalə belə elmlər haqqında deyir: “Həqiqətən özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar.” (Ğafir, 56) “Elçiləri onlara açıq-aydın ayələr gətirdikdə, ancaq özlərindəki elmə sevindilər və beləliklə istehza etdikləri şey onları əzabla çulğaladı.” (Ğafir, 83) Bu, müşahidə oluna bilən bir haldır, dinlərinə dəvət etmək üçün qurulmuş bu əcnəbi məktəblərdən məzun olmuş kəslər arasında kibrli, başqalarına qarşı, hətta öz atalarına və ehtiram edilməsi vacib olan şəxslərə qarşı həqarətli davranan çox kimsə görə bilərsən. Onların bilmədiklərini özlərinin bildiklərini, elm və marifət əhli olduqlarını, başqalarının isə cahillik və savadsızlıq əhli olmasını iddia edirlər, lakin bununla belə sahibini həm dünyada, həm də Axirətdə ucaldan dini elmlərdə və faydalı elmlərdə ən cahil kimsələrdir. Allahu Təalə deyir: “Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaldır.” (əl-Mucadilə, 11) Allahu Təalə bu ayədə bildirir ki, dünyada və Axirətdəki həqiqi yüksəlişi elm ilə doğru imanı bir arada cəm edən kəslərə verir. Uşaqlarını əcnəbi məktəblərə qoymuş bu atalar isə onların həm dinlərini, həm də dünyalarını korlayıblar və mütləq cəzalarının bir hissəsini Axirətdən əvvəl bu dünyada tapmaları qaçınılmazdır. Onlara iki tərəfdən vay olsun: dini elmlərdə, əxlaqda və əməllərdə övladları ilə ehmalkar davrandıqlarına və onları itirdiklərinə görə vay olsun! Ən böyük cinayətlərinə görə, onları din düşmənlərinin əllərinə təslim etdiklərinə görə vay olsun! O din düşmənləri uşaqlar dindən çıxana qədər onlara istədiklərini aşılayırlar. Dinə düşmən kəsilməsilə, öz məzhəbinə və ilhadına şiddətlə dəvət etməsi ilə tanınan müəllimlərin yanına ailəsi tərəfindən tərk olunmuş bir uşaq və ya bəsirəti zəif bir kimsə haqqında nə düşünürsən?! Atasını bunu etməyə itən səbəb dində və bəzirətdə zəif olmasıdır, cahilliyinin sonsuz həddidir. Cahill olduğu üçün elə zənn edir ki, övladı bu yolla dünyəvi nəaliyyətlər, yüksək vəzifələr əldə edəcək. Bu isə açıq-aydın bir cahillikdir, çünki dünyəvi nəaliyyətlər və idarəçilik məqamları bu məktəblərdə oxumaqdan asılı deyil. Dindən geri düşdüyü kimi bu vəzifələrdən də geri düşmüş çox kimsələr vardır. Hətta vəzifələrə nail olmaq kimi düşündükləri şeylərin əldə ediləcəyini fərz etsək belə, dinini və əxlaqını itirməklə əldə olunan bu yüksək məqamlarda heç bir xeyir ola bilməz. Övladlarınız üçün Allahdan qorxun, çünki onlar sizin yanınıza buraxılmış əmanətlərdir, onları itirmək, onlarla ehmalkar davranmaq sizə halal olmaz, onları dinlərini və əxlaqlarını məhv edəcək məktəblərə qoymaq da sizə halal deyil. Dinləri və əxlaqları məhv olduqdan sonra dünyaları da korlanacaq, halları da pozulacaq. Sizin övladlarınız onlarla nə etməyiniz barəsində sorğu-sual olunacağınız qaçınılmaz bir həqiqətdir. Ona görə də - Allah sizə rəhm etsin! – bu sual qarşısında nə cavab verəcəyinizi düşünün! “Ey Rəbbiniz! Onlar üçün əmanəti qoruduq, onlar üçün diqqət və qoruma baxımından əlimizdən gələni fəda etdik, onları dini elmlərlə tərbiyə etdik, xoş ədəblə nəzarət etdik, onları dinində və dünyalarında zərərə gətirib çıxaracaq hər bir şeydən qoruduq” deyəcəksinizmi? Əgər bu sözləriniz doğrudursa, o zaman Allahın rəhməti və razılığı ilə sizə bir müjdə var!...Lakin əgər doğru cavab sizin bu cavabınızın əksidirsə, o zaman sizin müjdəniz uğursuzluq və xəsarətdir. Peşmançılıq və kədər bəlası vardır. Tələb olunan şeyi əldən vermisiz, insanın qorxduğu hər bir şey, hər bir şərr sizin başınıza gəlib. Qeybləri bilən Allah sizə qəzəblənmişdir. Dünyanızı və Axirətinizi zay etmisiz. Rüşd, tövfiq və hidayət sizdən yan keçib. Ehmalkarların bəlası nə pisdir?! Cinayətkarların rəzilliyi nə pisdir?!”[15] “əl-Ləcnə əd-Daimə lil-Buhusil-İlmiyyə val-İftə” adı ilə tanınan və ən böyük alimlərin iştirakı ilə keçirilən fətva komitəsi də bir neçə fətvasında bunun hökmünü bəyan etmişdi. 1401/12/4 tarixli, 4172-saylı fətvada deyilir: “Əlhəmdulilləhi Vahdəh, vas-Salətu vas-Sələmu alə Mən lə Nəbiyyə badəh! əl-Ləcnə fətva soruşan tərəfindən hörmətli ali rəisə göndərilmiş suala baxdı...On beş dənə sual soruşulub, əl-Ləcnə bütün bu sualları araşdırdıqdan sonra bunlara növbəti şəkildə cavab verir: ...Bu suallardan birində deyilir: “Kişinin oğlunu və ya qızını götürüb dini təlimlərə müxalif olan fransız, ingilis məktəblərinə qeydə salmasının hökmü nədir? Bununla belə özünün müsəlman olduğunu və övladları üçün yaxşı gələcək seçdiyini iddia edir.” Cavab: Qızlı oğlanlı bütün övladlarını İslam tərbiyəsi ilə tərbiyə etmək ataya vacibdir, çünki onlar onun əlinə verilmiş bir əmanətdir və Qiyamət günü onlar haqqında soruşulacaq. Fitnə və əqidələrinin pozulması riski olduğu üçün onları kafirlərin məktəblərinə daxil etməsi caiz deyildir. Gələcək isə Allahın – Cəllə va Alə - əlindədir. Allah – Cəllə va Alə - deyir: “Allahdan qorxana Allah çıxış yolu göstərər!” Şeyx Bəkr Əbu Zeyd – rahiməhullah – bu barədə yazdıqlarının sonunda deyir: “Allaha və Axirət gününə iman edən müsəlmana uşaqlarını əcnəbi məktəblərinin qucağına buraxaraq onları təhlükəyə atması halal deyildir, beləki həmin uşaqlar özlərinə nə fayda, nə də zərər verə bilməzlər, İslam dinindən heç bir şey bilmirlər, küfr və ilhad, şərr və fəsad öyrənirlər...Peyğəmbər – salləllahu aleyhi va səlləm – xəbər verir ki, “hər yeni doğulan uşaq fitrət üzərində doğulur, valideyni isə onu ya yəhudiləşdirir, ya nəsraniləşdirir, ya da məcusiləşdirir.”...yəni, onlar övladları ilə elə səbəblər və elə vasitələr ilə davranirlar ki, axırda uşaq xalis nəsrani və ya yəhudi və yaxud da məcusi olur. Bu vasitələrdən biri də təhsil bəhanəsi ilə övladları küfr və dinsizlik məktəblərinə verməkdir, nəhayət onların siniflərində tərbiyə görürlər, onların təlimlərini və əqidələrini öyrənirlər və balacanın qəlbi ona verilən xeyri də, şərri də qəbul edir. Hətta daş üzərində cızılmış naxış kimidir. Onları bu məktəblərə pak və təmiz olaraq təslim edirlər və sonunda bulanmış halda geri alırlar, hər biri öz qədərində bulanır, eləsi qarın dolusu içir, eləsi də var ki, sadəcə dodaqlarını isladar. Bəzən də müsəlman kimi girir, kafir kimi oradan çıxır. Bundan Allaha sığınırıq! Öz övladının zəlalətə düşməsinə səbəb olan hər kəsə vay olsun! Uşaqları dinlərindən çıxarmaq və onları öz əqidələrində şəkkə salmaq üçün müxtəlif fəaliyyət və üslublar ilə buna səy göstərdiklərini bildiyi halda razı olaraq, özü seçim edərək övladını məktəbə qoyan hər bir kəs, bir qrup alimin açıq şəkildə bildirdikləri kimi, İslam dinindən mürtəd olaraq çıxmış sayılır.”[16] Bu yazdıqlarımızdan sonra belə bir əməlin bir cinayət olmasında və bunun şəriət tərəfindən qadağan olmasında heç kəsdə şübhə qalmamalıdır. Lakin bütün bunlarla birlikdə onu da qeyd etməliyik ki, bununla heç kəs övladlarımızı savadsız saxlamağı, onları dünyəvi faydalardan məhrum etməyi təklif etmir. Qəlbi əyri olanlar elə düşünməsinlər ki, biz bolşeviklər ilə mollaların köhnə mübarizəsini yenidən canlandırmaq istəyirik. Mirzə Ələkbər Sabirin “Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı! Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı” sözləri ilə işarə etdiyi nakamların fikirlərinə şərik deyilik. Bu yazımızla mövcud problemi müsəlmanlara çatdırmaq istədik. Məlumdur ki, problemin yarısını həll etmək problemin özünü müəyyən etməkdən asılıdır. Biz isə bu işin öhdəsindən gələ bildik! Bəs o zaman nə etmək lazımdır?! Çıxış yolu həmişə var. Övladlarını oxutmaq istəyənlər bir araya toplaşıb onlar üçün şəxsi müəllim tuta bilərlər. Bunu əldə etmək üçün ortaya əmək qoymaq lazımdır, hər şeydən əvvəl Allaha iman gətirmiş kəslər bunun üçün birləşməli və uşaqlarının maraqlarını qarşılarına qoymalıdırlar. Yoxsa Muhamməd Raşid Rida’nın “lakin həqiqət budur ki, onlar bu işlərini görəcək qədər din, ağıl, yüksək ambisiya və qeyrət tapa bilmirlər” sözləri bizlərə də aiddirmi? Bu dediyimiz qısa bir zaman perspektivi üçündür, amma məsələnin daha yuxarı səviyyədə həllinə çalışmaq lazımdır. Müsəlmanlar özləri üçün məktəb açmalıdır. Çox təəssüf ki, hətta Amerikada, İngiltərə kimi Avropa ölkələrində müsəlman məktəbləri olduğu halda Azərbaycanda bundan əsər əlamət tapılmır. Lakin kömək Allahdan dilənər! Bu müsəlmanların boynunda duran vacib əməllərdən biridir. Şeyx Bəkr Əbu Zeyd deyir: “Müsəlmanların övladları üçün, qızları və oğulları üçün küfr, ilhad, əxlaqsızlıqdan uzaq, qızlarla oğlanların qarışmadığı, saleh, pak məktəblər açmaq Allahın əllərini açdığı kəslərə vacib olmuşdur...”[17]
Salləllahu alə seyyidinə va nəbiyyinə Muhamməd!
Samir Firdovsioğlu
[1] “Təfsir əl-Qurtubi”, 18/195-196 [2] əş-Şəvkani, ”Fəthul-Qadir”, 5/292; Darul-Xayr, Beyrut, birinci nəşr, 1413/1992 [3] əl-Buxari (853), Muslim (1829) [4] İbnul-Cəvzi, “Safvatus-Safva”, 4/437-438 [5] əl-Buxari, (1293) [6] Abdul-Kərim Zeydan, “əl-Mufəssal fi Əhkəmi’l-Məra va’l-Beyti’l-Muslim fi’ş-Şəriati’l-İsləmiyyə”, 10/115; Muəssəsətu’r-Risalə, Beyrut, üçüncü nəşr, 1417/1997 [7] Bəkr bin Abdilləh Əbu Zeyd, “əl-Mədarisul-Aləmiyyə əl-Əcnəbiyyə əl-İstimariyyə Tərixuhə va Məxatiruhə”, səh: 4, Dar Əlfə, Qahirə, birinci nəşr, 1427/2006 [8] “əl-Mədərisut-Tansiriyyə”, səh: 4 [9] ”Məcəllətur-Risələ”, ədəd: 743 [10] ”ət-Tariqatul-Muslə lil-Muhafəzəti alə Kəramətil-İsləm”, səh: 15 [11] ”Rasəilul-İslah”, səh: 155 [12] ”Təfsirul-Mənar”,10/514; 410-cu səhifədə də buna bənzər sözlər söyləmişdir. [13] ”Hukmuş-Şəriatil-İsləmiyyə fi Təlimil-Muslimin Əvlədəhum fil-Mədərisil-Əcnəbiyyə”, səh: 31-32 [14] “əl-Hədiyyə əs-Səminə fimə Yəhfəzu bihi əl-Məru Dinəhu”, səh: 121-122 [15] “Nasihə Muxtəsara fil-Həssi alət-Təməssuki bid-Dini vat-Təhziri minəl-Mədərisil-Əcnəbiyyə”, səh: 11-16 [16] ”əl-Mədərisul-Aləmiyyə”, səh: 76-77 [17] ”əl-Mədərisul-Aləmiyyə”, səh: 75 |










