Ana Səhifə Səhifə Haqqında

Statistika

İstifadəçilər : 2473
Məqalələr : 250
Linklər : 27
Məqalələrə baxış sayı : 96639

Ümumi statistik göstəricilər

mod_vvisit_counterBu gün18
mod_vvisit_counterDünən211
mod_vvisit_counterBu həftə791
mod_vvisit_counterKeçən həftə1483
mod_vvisit_counterBu ay4637
mod_vvisit_counterKeçən ay7384
mod_vvisit_counterCəmi124674

Saytda (20 dəqiqə əvvəl): 8
Sizin IP: 38.107.179.211
,
Tarix: 2012-02-23 01:52

Designed by:
  Əbu Ömər

بسم الله الرحمن الرحيم PDF Çap E-poçt
Administrator tərəfindən yazıldı   
11.10.2006 00:42

بسم الله الرحمن الرحيم

Əziz müsəlmanlar!

Uzun illərdir rus istismarının altında yaşamış millətimiz öz gözəl mənəvi dəyərlərindən, tarixi köklərindən məhrum edilmişdir. Son iyirmi ildə “müstəqil” olmuş azərbaycan milləti indi tam fərqli bir istismarın qurbanı olmuşdur. Ölkəmizdə hökm sürən yeni istismarın kimliyini vəsf edərkən Mehmet Akif Ersoy’un sözlərindən daha dəqiq bir söz söyləyə biləcəyimizi sanmırıq. İstiqlal marşında bu istismarı “Mədəniyyət” dediyin tək dişi qalmış canavar” sözləri ilə vəsf etmişdir. Bu gizli düşmən istismar üçün hərbi güc deyil, lakin mənəvi bir silah istifadə edir, millətimizə “mədəniyyət”, “sivilizasiya” və ya “demokratiya” adı altında əxlaqsızlıq, küfr və ilhad öyrədir. Belə bir zamanda haqqa, mənəviyyata, atalarımızın yaşadıqları və yaşatdıqları İslam dininə üz tutmağımız lazımdır. Öz müsəlman kimliyimizi kəşf etməliyik və “mədəniyyətlər savaşında” öz kimliyimizi müdafiə etməliyik. Bu yöndə internet aləmində bir neçə səhifə fəaliyyət göstərməkdədir. Biz isə bu səhifəni qurarkən bir qədər fərqli xüsusiyyətləri nəzərə alaraq yola çıxmışıq.

Biz inanırıq ki, İslamı öyrənmək sadəcə bir iki kitab və ya məqalə oxumaqla olmur. Biz inanırıq ki, alimlərimizin özlərinin də getdiyi yol ilə, başqalarına öyrətdikləri “tədərrüc” yolu ilə davranmaq lazımdır. “Tədərrüc” yolu islam elminin ən əsas alətlərini öyrənərək bu elmə tədricən yiyələnməkdən ibarətdir. Əsas alətlər dedikdə ərəb dili, Quran, təfsir elmi, hədis elmi,fiqh kimi müxtəlif sahələrdə ilkin biliklər qəsd olunur. Bu sahələrin hər birində elmə yeni addım atanlar üçün yazılmış kitablar, dərsliklər mövcuddur. Çox təəssüf ki, bu dərsliklərin çoxu dilimizə tərcümə edilməmişdir və məhz bu səhnədəki həmin boş rolu öz səhifəmizə həvalə etmək istəyirik. Bu rolu yerinə yetirmək üçün hər şeydən əvvəl Aləmlərin Rəbbi Allaha arxalanırıq və bizi səmimi nyyət üzərində tərbiyyə etməsini və o niyyət üzərində sabit etməsini diləyirik.Bu dərslikləri tədricən azərbaycanlılara yaxınlaşdırmaq üçün tərcümə etdiyimiz müddətdə ərəb dili dərslərimiz üzərində də çalışacağıq. Ərəb dilini öyrətmək səhifəmizin xüsusilə diqqət edəcəyi bir üstünlükdür.
Müsəlmanın gündəlik yaşayışı üçün fiqhi biliklərinin olması qaçınılmazdır. Sünnilər islam fiqhini tarix boyu dörd fiqh məktəbindən öyrəniblər, islam elmlərinin daha gözəl, daha dərin bilindiyi zamanda heç kəs bu dörd məzhəbin hamısını birlikdə öyrənməmişdir. Hər bir müsəlman müəyyən bir məktəbə uyğun olaraq islam fiqhini öyrənmiş, ictihad məqamına çatana qədər həmin məktəbə bağlı olaraq qalmışdır. Yeddinci əsrdə İslamın Azərbaycana gəlişindən başlayaraq 16-cı əsrdə silah gücü ilə şiəliyin yayılmasına qədər, yəni doqquz əsr ölkəmizdə şafi’i məktəbi üstün olmuşdur. Bu nümunənin timsalında fiqh məktəblərinin əhəmiyyətini görmək olar. Biz də səhifəmizdə bir fiqh məktəbini əsas götürməyin doğru olduğuna inanırıq və belə bir məktəb olaraq hənbəli məktəbini seçmişik və ona görə də səhifəmizdə fiqh üzərinə təqdim edəcəyimiz məqalələr və kitablar xas olacaq hənbəli məzhəbinin üsuluna uyğun olacaqdır. Lakin faydanın tamamlanması üçün bununla birlikdə digər məzhəblərin görüşləri də qeyd olunacaqdır.
Lakin bütün bunlardan da öndə həyatın məğzi olaraq bildiyimiz Tövhid elminin insanlara çatdırılması üçün xüsusi səy göstərməliyik. İnsanlara İslam fəlsəfəsinə görə yaşamın mənasını öyrətmək onlar üçün ən böyük xidmətimiz ola bilər. Ən şərəfli elm olan Tövhid elmini tam haqqı ilə insanlara çatdırmaq hər bir insanın boynunda durmuş bir vəzifədir. Bu həqiqətdən çıxış edərək bunu öz səhifəmiz üçün bir xüsusiyyət olaraq qeyd etməyimiz insaf olmaz, lakin bu elmi təhrif edənlərin ortaya atdıqları şübhələrə cavab vermək yolu ilə bu barədə xüsusi bir əmək ortaya qoya biləcəyimizi düşürük.
Yuxarıda qeyd etdiyimiz bütün bu faydalarla hər şeydən əvvəl Allaha ibadət etmiş, sonra isə insanlara xidmət etmiş oluruq. Beləliklə “İslami Faydalar Məkanı” adlandırdığımız bu internet guşəmizdə Allahın izni və köməkliyi ilə bütün bu faydaları cəm etməyə hazırlaşırıq. Yadda qalması üçün qısa olaraq “favaid” adını verdik, ərəb dilindən tərcümədə “faydalar” anlamına gələn bu sözün qarşıda gündəlik istifadə obyektinizə çevriləcəyinə çox ümüd bəsləyirik.

Allahın salamı ilə!

İslami Faydalar Məkanı” idarə heyəti

Sonuncu dəyişikliklər: 16.01.2010 21:12 Oxuma sayı : 1552