Statistika
İstifadəçilər : 2727Məqalələr : 272
Linklər : 27
Məqalələrə baxış sayı : 114778
| Designed by: |
| Əbu Ömər |
| Abdul-Qadir ibn Bədran |
|
|
|
| Şəxsiyyətlər |
| 01.01.2012 17:55 |
|
Böyük təfsir, fiqh və üsul alimi Alləmə Abdul-Qadir bin Əhməd bin Mustafə bin Abdir-Rahim bin Muhamməd bin Abdir-Rahim bin Bədran əs-Sədi əd-Dumi əd-Diməşqi öz zamanında Şamda hənbəlilərin şeyxi olmuşdur. Özünü həmçinin hənbəli və əsəri olaraq tanıtdırmışdır. əs-Sədi onun Bənu Səd qəbiləsinə nisbəti ilə bağlıdır. “Təhzib Tərix İbn Asəkir” kitabının çox hissəsində əslinin o qəbilədən olduğunu və əsdadlarının Məkkədən gəldiyini söyləyir. əd-Dumi isə doğulduğu Dumə şəhərinə nisbətidir. Dumə şəhəri Suriyada Rifq Diməşq əyalətinin mərkəzi şəhəridir. əd-Diməşqi isə daha ümumi nisbətdir və həyatının çox hissəsini Dəməşq şəhərində keçirmişdir. Öz ataları kimi o da İbn Bədran adı ilə tanınmışdır. Hicri 1265-ci ildə (miladi 1848) Dumə şəhərində doğulub. Erkən yaşlarından elm təhsil etmişdir. Öz əsrinin ən məşhur şeyxlərindən elm öyrənmişdir. Onların arasında babası Mustafa, sonra Şamın şeyxi və alimlərinin başçısı Şeyx Səlim bin Yəsin əl-Attar əş-Şafii və məşhur haşiyənin sahibi İbn Abidin’in oğlu Aləud-Din Abidin də vardır. Müəllimləri arasında həmçinin Alləmə Muhamməd bin Mustafə əl-Əzhəri, Şeyx Əhməd bin Həsən əş-Şəti, Muhamməd bin Yəsin əl-Attar, hədis alimi Muhamməd Bədrud-Din əl-Həsəni və Əzharın şeyxi Muhamməd əl-Ənbəbi kimi elm əhli olmuşdur. Çox arxalandığı ən məşhur şeyxlərindən biri Dumə xatibi olaraq tanınan Şeyx Muhamməd bin Osman əl-Hənbəli olmuşdur. İbn Osman əl-Hənbəli hicri 1308-ci ildə Mədinədə vəfat edir. Öz zamanında Nəcd və Küveytdəki hənbəli alimləri ilə çox sıx bağları olmuşdur. İbn Qudamə’nin “Raudatun-Nəzir” kitabını nəcdlilərin tələbi ilə şərh etmiş və yenə onlar üçün miras elmində “əl-Bədarniyyə Şərhul-Mənzumətil-Fəridiyyə” kitabını yazmışdır. Həmçinin Küveytin məşhur alimi, “Mənarus-Səbil” kitabının müəllifi Şeyx Abdullah bin Xaləf bin Duheyyən ilə çox sıx əlaqəsi olmuşdur. Bir-biriləri ilə yazışardılar və fiqhi məsələlərdə yazışma yolu ilə müzakirə edərdilər. Hətta Şeyx İbn Bədran ona İbn Duheyyən tərəfindən göndərilmiş sualların cavabı olaraq ayrıca bir kitab yazmışdır. İbn Bədran üsul, ədəb, tarix, hədis sahəsində çox bariz bir alim idi. Müxtəlif elm növlərində alim idi, Kitab və sünnəti gözəl bilirdi. Usulud-Din və Usulul-Fiqh elmində xüsusilə seçilirdi. Ailəsi əsasən şafii alimlərindən ibarət olduğu üçün ömrünün ilk əvvəlində şafii olmuşdur, lakin daha sonra hənbəli məzhəbinə keçərək öz zamanının ən böyük hənbəli alimlərindən biri olur. Şeyx İbn Bədran digər məzhəblərin fiqhini də gözəl bildiyi üçün fətvalarında müxtəlif məzhəblərin görüşünə də asanlıqla toxuna bilirdi. Əmir Abdul-Qadir əl-Cəzəiri onu gözəl tanıyırdı və Dəməşq vilayətində mətbəədə redaktor olaraq təyin olundu, daha sonra müəllim oldu. Daha sonra isə hənbəlilər üçün mufti məqamına gətirildi. Dəməşqin qəzetlərində yazardı. əz-Zirikli qeyd edir ki, orta yaşlarında görmə qabiliyyəti zəifləmişdi və son illərində iflic olmuşdu. “Tərixus-Sahafətil-Arabiyyə”də isə zikr olunur ki, hicri 1327-ci ildə “Məvaridul-Hikmə” adlı qəzet nəşr etdirirdi. Avam camaata elm çatdırmaq üçün və şəhərə gələ bilməyən tələbələrə öyrətmək üçün Dəməşqin kəndləri arasında gəzərdi. Bu kəndlərin əhalisinin çoxu hənbəli idi. O zaman Rusiya ərazisində yerləşən Kazandan elm tələbələri onun yanına gələrdi və yaşadıqları problemlər haqqında soruşardılar. Bir müddət öz ölkəsi Dumədə dərs verdi, daha sonra 1314-cü ildə Dəməşqə köçür. Orada “əl-Cami əl-Əməvi”də “ən-Nəsr” qübbəsi altında təfsir, hədis və fiqh dərsi verməyə başladı. Daha sonra Abdullah Paşa məktəbinə köçür. Bir çox əsərlərin və kitabların müəllifidir. Lakin onlardan bəzilərini tamamlaya bilməmişdir və bunun müxtəlif səbəbi var idi. Kitablarından bəziləri dəsrləri ilə bağlı olduğu üçün dərslərinin qurtarması səbəbilə kitabları tamamlanmamışdır. Ömrünün son illərində sağ tərəfi iflic olduğu üçün sol əlindən istifadə edərək kitablarını tamamlamağa çalışmışdır. Təfsir sahəsində “Cəvahirul-Əfkər va Məadinul-Əsrar” kitabını yazmış, lakin tamamlaya bilməmişdir. Hədis sahəsində ən-Nəsai’nin “əs-Sunən” kitabına şərh yazmış və tamamlaya bilməyib. İmam Əhmədin üç ravidən ibarət sənədli hədislərini “Şərh Sələsiyyət Musnədil-İməm Əhməd” adı ilə, Hafiz Abdul-Ğani əl-Maqdisi’nin “Umdətul-Əhkəm” kitabını “Məvaridul-Əfhəm min Səlsəbil Umdətil-Əhkəm” adı ilə, Hafiz Abdul-Azim əl-Munziri’nin qırx hədisini “Şərhul-Arbəin Hədisən əl-Munziriyyə” adı ilə, əl-Qadai’nin ədəb hədislərini topladığı “əş-Şihəb” kitabını şərh etmişdir. Təvhid sahəsində İbnul-Qayyimin “ən-Nuniyyə” qəsidəsini şərh edib. Usulul-Fiqh sahəsində İbn Qudamənin “Ravdatun-Nazir va Cunnətul-Munazir” kitabını şərh edib və hənbəli məzhəbi haqqında “əl-Mədxal ilə Məzhəb Əhməd bin Hənbəl” kitabını yazıb. Fiqhdə əl-Buhuti’nin “Muntəhə əl-İradət” kitabına yazdığı şərhə haşiyə yazıb. Həmçinin “Şərh Zadil-Mustəqni” və “Əxsarul-Muxtəsarat” kitablarına haşiyə yazıb. Şeyx Muhamməd əl-Bəlbəni’nin “Muxtəsar əl-İfədət” kitabına qeydlər yazıb. “Durratul-Ğavas fi Hukmiz-Zəkəti bir-Rasas”, “əl-Bədraniyyə Şərhul-Mənzumətil-Fəridiyyə”,”Kifəyətul-Murtəqi ilə Fəraidil-Xiraqi”, “əl-Uqud əl-Mərcəniyyə fi Cidil-Əsilətil-Qazəniyyə”, “əl-Uqud əl-Yəqutiyyə fi Cidil-Əsilətil-Kuveytiyyə”, “əl-Fəridə əl-Lu’lu’iyyə fil-Uqudil-Yəqutiyyə” kitablarının da müəllifidir. Ədəb və əxlaq sahəsində İbn Qudamənin vəsvəsə əhli haqqında yazdığı risaləsini şərh edib, Əhməd əl-Mənini’nin “əl-Fəraid əs-Sunniyyə fil-Fəvaidin-Nəhviyyə” kitabını “əl-Ədəb əl-Mutaləə” adı altında qısaltmış və bəzi şeylər əlavə etmişdir. Bu mövzuda həmçinin “Səbilur-Rəşad ilə Həqiqatil-Vaz val-İrşəd”, “Divan Xutab Minbəriyyə” kitablarını yazıb. Tarixdə “Zeyl alə Tabəqat əl-Hənəbilə”, “Təhzib Tərix Diməşq”, “Təlxisud-Dəris fil-Mədəris”, “Munədəmətul-Ətləl” və “əl-Əsərud-Diməşqiyyə val-Məahidul-İlmiyyə” adlı kitabların müəllifidir. Ərəb dili elmində “İydahul-Məalim fi Şərhil-Əlfiyyəti Libnin-Nəzim” kitabını yazıb və buradakı əlfiyyə ilə İbn Məlikin “Əlfiyyə”si qəsd olunur. “Təsliyətul-Kəib an Zikral-Həbib” adlı şer divanı vardır. Bir çox alim Şeyx İbn Bədranın əli altında böyümüş və ondan elm almışdır. Onların arasında ən barizlərindən bəziləri bunlardır: “əl-Əaləm” kitabının sahibi, məşhur tarixçi Xayrud-Din əz-Zirikli, məşhur ədib Muhamməd Səlim əl-Cundi, Şeyx Muhamməd Saleh əl-Aqqad əş-Şafii, tarixçi Muhamməd Əhməd Dəhəmən, Şeyx Abdul-Həlim bin Əli əl-Məğribi əl-Cəzəiri. Alləmə Şeyx Abdullah bin Xaləf bin Duheyyən əl-Hənbəli onun haqqında deyir: “Alləmə Şeyx Abdul-Qadir bin Əhməd Bədran, əl-Əməvi camisinin müəllimi, Suriya torpaqlarında hənbəlilərin şeyxi, Şamın mühəddisi, Dəməşqdə “ər-Riyasə əl-İlmiyyə”nin üzvlərindən biri...” Muhibbud-Din əl-Xatib onun vəfatını “əl-Fəth” jurnalında zikr edərkən deyir: “O, fəzilətli alimlərdəndir...” Şeyx İbn Bədran hicri 1346-cı ildə (miladi 1927/9/25) rabius-səni ayında “əl-Ğurabə” adlanan xəstəxanada vəfat etmiş və Dəməşqdə “əl-Bəb əs-Sağir” məqbərəsində dəfn olunmuşdur. Allah ona rəhmət etsin! |









